“Ehtiyatda olan türkiyəli hərbiçilər Azərbaycan xalqı ilə həmrəydir”
Tarix: 07.08.2014 | Saat: 01:29:00 | E-mail | Çapa göndər


Ermənistan silahlı qüvvələrinin son günlər Ermənistan-Azərbaycan dövlət sərhədi və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqınına etiraz edən Türkiyə ictimaiyyətinin nümayəndələri xalqımızla həmrəyliklərini müxtəlif formalarda davam etdirirlər.
Türkiyənin ehtiyatda olan ordu general-mayoru Necdet Timur AzərTAc-a müsahibəsində son illər Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi inkişaf yolundan qürur duyduğunu bildirərək qeyd edib ki, Azərbaycan ordusu yüksək peşəkarlığa, hərbiçilərimiz mənəvi-psixoloji üstünlüyə malikdir: “Azərbaycan müasir modernləşmiş, hərtərəfli təchizata malik qüdrətli orduya malikdir. Lakin təcavüzkar Ermənistan dövləti Azərbaycanın sülhməramlı siyasətindən öz çirkin məqsədləri üçün istifadəsini davam etdirir. İşğalçı tərəf anlamalıdır ki, Azərbaycan xalqı heç zaman öz torpaqlarının itirilməsi ilə barışmayacaq. Azərbaycan ordusu işğal altındakı torpaqlarını azad etməyə qadirdir və Türkiyə ictimaiyyətinin bütün təbəqələri, o cümlədən ehtiyatda olan hərbiçilər hər zaman Azərbaycan xalqı ilə həmrəydir”.




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Kriminal rejim vətəndaş cəmiyyəti adı altında təbliğ edilə bilməz
24.05.2020
Artıq Azərbaycan yeni texnologiyaların mərkəzinə çevrilib
24.05.2020
“Signify” kimi nüfuzlu şirkətin Azərbaycanla əməkdaşlığa can atması ölkəmizdə aparılan islahatların nəticəsidir
24.05.2020
Karantin qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilməlidir
23.05.2020
“İşində dönüş yaratmayan əməkdaşların penitensiar sistemdə yeri yoxdur“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
4 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
5 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info