Gintaras Visotskas: “NATO ölkələri hesab edir ki, Dağlıq Qarabağ Azərbaycana məxsusdur”
Tarix: 08.08.2014 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


“Slaptai.lt”: “Hücumların təşəbbüskarı bir qayda olaraq Ermənistandır. Azərbaycan işğal olunmuş torpaqları sırf dinc vasitələrlə geri qaytarmağa çalışır, bütün beynəlxalq öhdəliklərə dəqiq riayət edir”

Litvanın “www.slaptai.lt” internet portalında bu saytın rəhbəri Gintaras Visotskasın “Cənubi Qafqazdan narahatlıq doğuran xəbərlər: Ermənistan Silahlı Qüvvələri Azərbaycanı atəşə tuturlar” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə deyilir ki, son bir neçə gündə Ermənistan və Azərbaycan arasında qoşunların təmas xəttində yaranan silahlı toqquşmalar haqqında informasiya hazırda dünya KİV-lərinin ilk səhifələrində dərc olunur. Yeri gəlmişkən, Ermənistan və Azərbaycan arasında yenidən başlanan münaqişə bir neçə gün ərzində hətta Ukrayna və Rusiya arasında hərbi hadisələr barədə informasiyanı arxa plana keçirib. G.Visotskas yazır ki, siyasi və hərbi ekspertlər belə bir məsələ üzərində təsadüfən “baş sındırmır”. Ermənistan tərəfindən yeni silahlı hücumlar hansı məqsədə xidmət edir? Bəlkə bu, yeni beynəlxalq münaqişənin başlanğıcıdır? G.Visotskas əmindir ki, nüfuz dairələrinin sərhədlərini yenidən dəyişdirmək istəyən qüvvələr mövcuddur:
“Bu münaqişəyə müxtəlif cür - həm yerli, həm də beynəlxalq səviyyəli münaqişə kimi yanaşmaq olar. Hücumların təşəbbüskarı bir qayda olaraq Ermənistandır. Lakin Azərbaycanın öz istəyi ilə öz torpaqlarından imtina edəcəyini düşünmək sadəlövhlükdür. Özü də ermənilər Dağlıq Qarabağla bərabər, daha yeddi sərhədyanı rayonu işğal ediblər.
Son onilliklərin təcrübəsi göstərir ki, Azərbaycan zəbt olunmuş torpaqları sırf dinc vasitələrlə geri qaytarmağa çalışır, bütün beynəlxalq öhdəliklərə dəqiq riayət edir. Ona görə də bütün müasir dünyanın dəstəyinə nail olub. Aİ-nin və NATO-nun üzvü olan ölkələrin əksəriyyəti hesab edir ki, Dağlıq Qarabağ Azərbaycana məxsus olmalıdır”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə ekskurs edən məqalə müəllifi diqqətə çatdırır ki, Ermənistanın Dağlıq Qarabağın strateji əhəmiyyət təşkil edən münbit və minerallarla zəngin torpaqlarını ələ keçirmək arzusu Azərbaycan xalqının nümayəndələrinə silahlı hücumlarla, etnik təmizləmə ilə müşayiət olunub. Hərbi əməliyyatları yalnız 1994-cü ildə dayandırmaq mümkün olub.
G.Visotskas yazır ki, avqustun 8-9-da Soçidə Ermənistan və Azərbaycan prezidentlərinin danışıqlarına böyük ümidlər bəslənilir. Ola bilsin, bu danışıqlar cəbhədə atəşi də kəsər. Azərbaycan intensiv və məqsədyönlü şəkildə təhrik olunmasa, vuruşmanın çox böyük olacağı gözlənilmir.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
23.08.2019
Makron Amazon meşələrindəki yanğını beynəlxalq böhran adlandırıb
23.08.2019
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür
23.08.2019
Los Ancelesdə atışma olub, yaralananlar var
22.08.2019
Türkiyədən xaricə avtomobil satışında rekord artım

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info