Saşa Stamenkoviç: “Partizan“la oyunda problem olmayacaq“
Tarix: 11.08.2014 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


“Neftçi" klubunun serbiyalı qapıçısı Saşa Stamenkoviç ölkəsinin mətbuatına müsahibə verib. Təcrübəli qolkiper Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Partizan"la oyun haqda danışıb.
- "Partizan"la oyun haqda nə deyərdin?
- "Partizan"ın cütün favoriti olmasına şübhəm yoxdur. Ancaq bizim də mərhələ keçmək şansımız var. Yenidən qrup mərhələsində oynamaq istəyirik. Bu baxımdan bizi maraqlı oyunlar gözləyir. "Partizan"a daha çox qol vurmalıyıq.
-"Neftçi"ni iki il öncəki komanda ilə necə müqayisə edərdin?
- Bu il "Partizan"a nisbətən mövsümə bir qədər zəif başladıq. Rəqib Serbiyada titul qazanmaq istəyir. Ancaq bizim də hədəfimiz mövsümü titulla başa vurmaqdır. Yaxşı oynamaqla qələbələr qazanmaq istəyirik.
-İki il öncə "Partizan"la Serbiyadakı oyunda rəqib futbolçularla aranızda insident yaşanmışdı. Yenə sənə qarşı hansısa təxribatın olacağını gözləyirsən?
- İki il öncə həddi aşmışdıq və bu səbəbdən gərginlik yaşanmışdı. Həmin vaxt oyundan sonra ara daha da qızışdı və xoşagəlməz ifadələr səsləndi. Ancaq bu dəfə Serbiyada hansısa problemin olacağını gözləmirəm. Başını aşağı salıb futbolunu oynamalısan. Güclü tərəf də qalib gələcək.
- "Partizan"ın baş məşqçisi Marko Nikoliç açıqlamasında sənin öz işini görməli, futbolçularının da sənə qol vurmalı olduğunu bildirib. Sən necə düşünürsən?
- Nikoliçin fikirlərinə hörmətlə yanaşıram. Bilirəm ki, onun komandası mərhələ keçmək üçün əlindən gələni edəcək. Mən də Belqrada getməyi və orada meydana çıxmağı səbirsizliklə gözləyirəm.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info