“Dağlıq Qarabağın statusu qüdrətli Azərbaycanın mənafeləri nəzərə alınmaqla dəyişəcək”
Tarix: 12.08.2014 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Rusiya İctimai Palatasının üzvü Sergey Markov Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçidə keçirilmiş görüşünün nəticələrini şərh edib.
S.Markov özünün “Facebook” səhifəsində yazıb ki, 20 il əvvəl Dağlıq Qarabağda hadisələr Ermənistanın daha güclü olması fonunda baş verirdi: “İndi isə Azərbaycan daha güclüdür və istəyir ki, hazırda regiondakı vəziyyət qüvvələrin yeni nisbətinə uyğun olsun, bu nisbət isə hazırda Azərbaycanın xeyrinədir”. Onun fikrincə, Azərbaycan ilk növbədə Dağlıq Qarabağ ətrafındakı işğal altında olan rayonlarını geri qaytarmaq istəyir və yalnız bundan sonra Dağlıq Qarabağın statusu haqqında danışıqlara başlamağa razıdır. Politoloq yazır: “Azərbaycanın uzun illər davam edən qüdrətlənməsi əvvəl-axır Dağlıq Qarabağın statusunun yeni, qüdrətli Azərbaycanın mənafeləri nəzərə alınmaqla dəyişməsinə gətirib çıxarmaya bilməz”.
S.Markov qeyd edir ki, Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır. Belə ki, Minsk qrupunun üzvü olan 3 ölkədə erməni diasporu daha güclüdür. Bu isə münaqişəni dondurulmuş vəziyyətdə saxlayan Minsk qrupunun mövqeyinə təsir göstərməyə bilməz. O yazır ki, hazırki vəziyyət köhnə qüvvələr nisbətini göstərir, halbuki hazırda Azərbaycan 10 illik sürətli inkişaf nəticəsində daha güclü olub.




 
Bölməyə aid digər xəbərlər
30.05.2020
“Maskaya görə cərimənin tətbiqinin tərəfdarı deyiləm“
30.05.2020
Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır
30.05.2020
Azərbaycanda məcburi köçkünlərlə iş ardıcıl və planlı sürətdə həyata keçirilir
29.05.2020
Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda mərhələli həll planı hazırda alternativsiz variantdır
29.05.2020
Biz dağıdılmış qəbristanlıqlarımızı, tarixi, mədəni və dini abidələrimizi bərpa edəcəyik

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla
3 Qasımbəy yeməyi -VIDEO
4 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
5 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info