Dünya Şahmat Olimpiadası
Tarix: 13.08.2014 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Norveçin Tromse şəhərində 41-ci Dünya Şahmat Olimpiadası davam edir. Olimpiadanın 7-ci turunda Azərbaycanın kişilərdən və qadınlardan ibarət yığma komandaları inamlı qələbələr qazanıb.
Ölkəmizin kişilərdən ibarət yığma komandası 7-ci turda 2,5:1,5 hesabı ilə Kuba yığmasına, qadın şahmatçılarımız isə eyni hesabla İtaliya kollektivinə qalib gəlib. Olimpiadanın 8-ci turunda komandalarımız məğlubiyyətlə üzləşiblər. Belə ki, kişilərdən ibarət yığmamız Çin komandasına 1:3, qadınlarımız isə Rumuniya yığmasına 1,5:2,5 hesabı ilə məğlub olublar. Kişilərin yarışlarında 8 turdan sonra 14 komanda xalı toplamış Çin yığması liderdir. Azərbaycan, Fransa, Ukrayna, Çexiya və Rumuniya komandaları liderdən 1 xal geri qalırlar. Qadınların yarışlarında isə 8 turdan sonra 16 xalla Rusiya birinci, aktivinə 14 komanda xalı toplamış Çin isə ikinci yerdədir. Azərbaycan komandası isə 10 xalla 31-ci pillədədir. Dünya Şahmat Olimpiadasında 177 kişi və 136 qadın komandası çıxış edir.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
İngiltərə Premyer Liqası: “Mançester Siti” meydandan qalib ayrılıb
21.01.2019
Şahmat üzrə Azərbaycan çempionatında beşinci turun oyunları keçirilib
20.01.2019
“Real Madrid“ “Sevilya“nın qapısından iki cavabsız top keçirib
19.01.2019
İngiltərə Premyer Liqası: “Liverpul“ və “Mançester Yunayted“ qələbə qazanıblar
19.01.2019
“Arpaçay Open” beynəlxalq turnirinin açılış mərasimi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info