“Xəzər günü” ilə bağlı 2 hektar ərazi tullantılardan təmizlənib
Tarix: 13.08.2014 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


“Xəzər günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinin problemlərinə və mühafizəsinə dair ictimaiyyətin məlumatlılığını artırmaq məqsədilə bir sıra tədbirlər keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müvafiq dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, o cümlədən gənclərin iştirakı ilə Xəzərin ekoloji problemləri, görülən işlər və ictimaiyyətin Xəzər dənizinin mühafizəsi prosesinə cəlb edilməsi mexanizminin müzakirəsi məqsədilə nazirlikdə görüş təşkil olunub. Tədbir iştirakçıları və ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Xəzər dənizinin ətraf mühitinin mühafizəsi məqsədilə yaradılmış "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi"nə aid olan və Novxanı qəsəbəsinin sahilboyu zolağında quraşdırılmış modul tipli təmizləyici qurğunun iş fəaliyyəti ilə tanış olub. Eyni zamanda Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirmək məqsədilə Novxanı çimərliyinin sahilboyu zonasında təmizlik aksiyası keçirilib. Aksiya zamanı 2 hektar ərazi tullantılardan təmizlənmiş və toplanmış tullantıların utilizasiyası həyata keçirilib. Qeyd edək ki, 2007-ci ildən etibarən hər il ənənəvi olaraq qeyd olunan “Xəzər günü” çərçivəsində müxtəlif kütləvi tədbirlər keçirilir. “Xəzər günü”nün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, dənizinin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi sahəsində qüvvələrin səfərbər edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
İlin sonuna qədər 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq
13.09.2019
Əhali 8 ayda təxminən 24 milyard manat bazarlıq edib və daha çox ərzağa pul xərcləyib
13.09.2019
Azərbaycanda işsizlik əhəmiyyətli dərəcədə azalıb
12.09.2019
“Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilib
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info