“Whatsapp“ istifadəçilərinə şok
Tarix: 13.08.2014 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Whatsapp rəhbərliyinin dəyişilməsi ilə birlikdə Facebook-un 19 milyard dollar xərcləməsindən sonra, whatsapp-ın ödənişli olacağını düşünənlər bundan istifadə etməyə başlayıblar. Belə ki, Whatsapp-da təsadüfi istifadəçilərə mesajlar göndərilib.
Mesajlarda Whatsapp-ın bazar günündən etibarən ödənişli olacağı və hər mesaj qarşılığında 0.01 avro ödəniləcəyi bildirilir. Bu mesajın ən azı 10 adama göndəriləcəyi təqdirdə Whatsapp logosunun mavi rəng olacağı və ödənişsiz istifadə edilə biləcəyi qeyd edilir. Ancaq yayılan bu xəbər həqiqətə uyğun deyil. Whatsapp-ın istifadəçilərdən ildə bir dəfə ödəniş götürdüyü doğrudur.
Lakin hər mesaja görə ödəniş edilməsi xəbərləri yalandır. Bu səbəblə bu tip mesajlara heç bir şəkildə etibar edilməməsi lazımdır.
Bu "Whatsapp" fırıldağı yeni deyil. Keçən il də buna bənzər bir formada bir çox Whatsapp istifadəçisinə mesajlar gəlirdi.
Mesajda yenə Whatsapp-ın ödənişli olacağı, ancaq bu mesajı dostlarınızla paylaşdığınızda logonuzun mavi olacağı və Whatsappdan ödənişsiz istifadə edilə biləcəyi bildirilirdi. Əlbəttə, bu bir tələdir. Bu tip mesajlara inanan insanların sayəsində mesajlar qısa bir müddətdə yayıldı.
Mesajlar o qədər geniş yayıldı ki, hətta Twitter-də ən çox müzakirə edilən mövzülar siyahısına da girdi.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
NASA “21/Borisov“ quyruqlu ulduzunun görüntülərini yayımladı
20.10.2019
İsveçdə pensiya yaşı artırılır
20.10.2019
Yunanıstanın Krit adasındakı mağaralar kirayə verilir
20.10.2019
Dünyanın ən gözəl adaları
20.10.2019
Enişsiz ən uzun uçuş rekordu qeydə alındı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info