RTS telekanalı: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində növbəti addım”
Tarix: 13.08.2014 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


Serbiyanın RTS telekanalının saytında “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində növbəti addım” sərlövhəli məqalə yerləşdirilib.
Məqalədə Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşləri barədə məlumat verilir. Qeyd olunur ki, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin tezliklə kompromis və sülh yolu ilə həllinə ümid edirlər. Görüş çərçivəsində müzakirə olunan məsələlərin, səslənən fikirlərin yer aldığı yazıda son günlərdə Dağlıq Qarabağ regionunda, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artması ilə bağlı məqamlar təhlil olunur.
Yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilərək deyilir: “Münaqişənin başlanması 1988-ci ilə təsadüf edir. Dağlıq Qarabağ bölgəsinin işğalı və Azərbaycandan qoparılması tərəflər arasında qanlı müharibəyə çevrildi. Münaqişə xeyli sayda insan tələfatı və bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələndi. 1994-cü ildə tərəflər arasında atəşkəs əldə olundu və münaqişənin nizamlanması üçün ATƏT-in Minsk qrupu yaradıldı”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
Azərbaycan-Macarıstan əlaqələri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir
19.09.2019
Fuad Qəhrəmanlının qızı: “Mənə hakimiyyətdən təzyiq olmayıb, statusu özüm yazmışam“ - VİDEO MÜRACİƏT
19.09.2019
Çin Xalq Respublikasından yüklər Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir - YENİLƏNİB
19.09.2019
Budapeştdə Türk Şurasının nümayəndəliyi açılıb
19.09.2019
Gündəmdə qalmağa çalışanlar...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info