Bank VTB-nin çağrı mərkəzi 60 mindən artıq müraciətə cavab verib
Tarix: 13.08.2014 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


Bank VTB (Azərbaycan) ASC-nin çağrı mərkəzi (call center) fəaliyyətə başladığı dövrdən 63 353 müştərinin müraciətinə cavab verib. Belə ki, 2012-ci ilin oktyabrından fəaliyyət göstərən mərkəzdə 52 804 zəng, bankın rəsmi saytında olan onlayn-məsləhət xidməti vasitəsilə 9 080 müraciət və 1469 onlayn-ərizə qeydə alınıb.
Çağrı mərkəzi, daxil olan zəngləri və kreditlər üzrə bankın saytına daxil olan onlayn-sifarişləri qəbul edir, habelə ödənişi gecikdirən (30 günədək) müştərilərlə işləyir, müştərilərə kreditlərin ödənişini xatırladır və müştəriləri ad günləri münasibətilə təbrik edir. Bundan başqa, mərkəzdə "zəng sifarişi" xidməti də fəaliyyət göstərir: bankın saytında öz telefon nömrəsini yerləşdirmiş müştərilərə çağrı mərkəzinin mütəxəssisi tərəfindən zəng vurulur və məsləhət xidməti göstərilir. Xidmətin keyfiyyətini nizamlamaq və yaxşılaşdırmaq üçün çağrı mərkəzi müştərilər arasında fəal sorğu aparır.
Bank VTB (Azərbaycan) ASC-nin çağrı mərkəzinin rəisi Ayaz Əhmədov qeyd etmişdir ki, mərkəz bayram günlərində də müştərilərə fasiləsiz xidmət göstərir. "Keyfiyyətli xidmət - razı müştəri!" şüarını əsas tutaraq, biz müştərilərə yüksək səviyyəli xidmət göstərməyə çalışırıq", - deyə Əhmədov əlavə edib.
Arayış üçün:
Bank VTB (Azərbaycan)
Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 6 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə edəcəklər
15.09.2019
Polşa-Azərbaycan ticarət əlaqələri artacaq
14.09.2019
Kiçik və orta biznes sektorunda müsbət dəyişikliklər müşahidə edilməkdədir
14.09.2019
Azərbaycan İordaniyaya bal ixrac edəcək
14.09.2019
Qazaxıstanla ticarət artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info