“Microsoft” şirkəti “Windows 7” əməliyyat sisteminə dəstəyini dayandıracaq
Tarix: 13.08.2014 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


“Microsoft” şirkəti 6 il sonra “Windows 7” əməliyyat sistemin’ (ƏS) dəstəyini dayandıracaq. Amma analitiklər şirkətlərə artıq indidən bu ƏS-dən uzaqlaşmağı tövsiyə edirlər.
“Gartner”in tədqiqatlar üzrə vitse-prezidenti Stiven Kleynhans xatırladır ki, “Windows XP” sisteminin dəstəyi 2014-cü ilin aprelində dayandırılıb. Hərçənd bu haqda hələ 2007-ci ildən məlum idi, bir çox təşkilat və müəssisələr kompüterlərini vaxtında yeniləyə bilməyiblər, nəticədə indi tələsik öz sistemlərinin təhlükəsizlik məsələlərini həll etməyə çalışırlar və bunun üçün vəsaitə ehtiyac var.
“Windows 7” ilə eyni aqibəti yaşamamaq üçün, Kleynhans şirkətlərə artıq indidən ƏS-i dəyişmələrini planlaşdırmağı tövsiyə edir.
“Net Applications” analitiklərinin məlumatına görə, 2014-cü il iyulun sonunda masaüstü və noutbuklar üçün qlobal bazarda “Windows XP” platformasının payı 24,82 faiz təşkil edib. “Windows 7” sistemi fərdi kompüterlərin 51,2 faizinə quraşdırılıb, “Windows 8”də (8.1 versiyası ilə birgə) bu göstərici 12,48 faizidir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Bu gün İğdırda Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
16.09.2019
Bu gün məktəblərdə ilk dərs günüdür
16.09.2019
Leyla Əliyeva Bakıda 7-ci arena polo üzrə dünya kubokunun final görüşünə baxıb
15.09.2019
Türkiyə “Kərkük-Ceyhan“ı sürətləndirmək istəyir
15.09.2019
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info