Kontrafakt tütün məhsullarının müəyyənləşdirilməsi ilə bağlı seminar keçirilib
Tarix: 13.08.2014 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


Lənkəran şəhərində Japan Tobacco International (JTI) şirkəti tərəfindən Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün kontrafakt tütün məhsullarının müəyyənləşdirilməsi və tütün məhsullarının qeyri-qanuni ticarətinə qarşı mübarizə sahəsində üçüncü qısamüddətli ixtisaslaşmış seminar keçirilib.
Komitədən verilən məlumata görə, JTI şirkətinin Almaniya və İsveçrədən olan ekspertləri tərəfindən keçirilən seminarda DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Aksiz Baş Gömrük İdarəsi, Bakı Baş Gömrük İdarəsi, Astara və Biləsuvar Gömrük İdarələrində xidmət göstərən 21 gömrük əməkdaşı iştirak edib.
İlk belə seminar JTI şirkəti tərəfindən komitənin Aparatının və ərazi Gömrük İdarələrində xidmət göstərən gömrük əməkdaşları üçün bu ilin fevralın 19-da keçirilib. İkinci seminar isə bu ilin mayın 23-də Quba şəhərində keçirilib və seminarda DGK-nın Aksiz Baş Gömrük İdarəsində, Sumqayıt Baş Gömrük İdarəsində və Xaçmaz Gömrük İdarəsinin “Samur”, “Xudat” və “Yalama” gömrük postlarında xidmət göstərən 25 gömrük əməkdaşı iştirak edib.
Tədbirin açılış mərasimində çıxış edən DGK-nın Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Təhqiqat Şöbəsinin rəisi Fikrət Ələsgərli Azərbaycanın gömrük orqanları tərəfindən saxta və keyfiyyətsiz tütün məhsullarının qeyri-qanuni ticarəti ilə mübarizədə əldə edilən irəliləyişdən danışmış, seminarın bu sahədə zəruri biliklərin qazanılması baxımından çox faydalı olduğunu bildirib. Eyni zamanda, o, JTI şirkətinin indiyədək keçirdiyi iki seminarın çox zəruri olduğunu qeyd edib və belə seminarların təşkil edilməsinə görə JTI-a öz təşəkkürünü bildirib.
Seminar zamanı, Almaniya və İsveçrədən olan mütəxəssislər dünya praktikasından misallar gətirib beynəlxalq səviyyədə tanınmış qaçaqmalçılıq kanalları, üsulları, faktları barədə ətraflı məlumatlar verərək bu barədə aidiyyəti təqdimatlar keçiriblər. Seminar təşkilatçılar tərəfindən saxta tütün məhsullarını müəyyən etmək məqsədilə gömrük əməkdaşlarına xüsusi ultrabənövşəyi işıqla təchiz olunmuş portativ lampalar və böyüdücü şüşələr təqdim olunub. Seminarın sonunda iştirakçılara kontrafakt tütün məhsullarının müəyyənləşdirilməsi üzrə təlim keçdiklərinə dair sertifikatlar təqdim olunub.
Qarşılıqlı razılıq əsasında təlimin regionlarda da davam etdirilməsi qərara alınıb. İlin sonunadək Azərbaycanın qərb bölgəsində də analoji seminarın keçirilməsi planlaşdırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Türkiyə İran ilə ticarət həcmini artırır
19.09.2019
Azərbaycan neftinin qiyməti dəyişdi
18.09.2019
Azərbaycan məhsulları beynəlxalq sərgidə təqdim olunur
18.09.2019
Goranboy və Tərtərdə inkubator məntəqələri istifadəyə verilib
18.09.2019
İqtisadiyyat nazirinin Şirvanda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info