Cəza çəkməkdən azad ediləcək 200-ə yaxın şəxs peşə hazırlığına cəlb olunub
Tarix: 13.08.2014 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ədliyyə Nazirliyi arasında cari ilin martında imzalanmış müvafiq sazişə əsasən, penitensiar müəssisələrdə cəza müddətini başa vurmaq ərəfəsində olan şəxslərin gələcək məşğulluğuna köməklik göstərilməsi məqsədilə onlar üçün peşə hazırlığı kursları təşkil olunur.
Penitensiar müəssisələrdəki mövcud peşə məktəblərinin bazasında dərzi, kompyuter istifadəçisi, dülgər-xarrat peşələri üzrə təşkil olunan kurslara 16 nəfəri qadın olmaqla 198 nəfər şəxs cəlb olunub. Onlardan artıq 96 nəfəri peşə kurslarını uğurla başa vurub. Kursların bitmə vaxtı ilə bu kurslara cəlb olunanların cəzaçəkmə müddətinin başa çatma vaxtı təxminən eyni dövrə təsadüf edir. Cəzaçəkmə müəssisələrindən azad olunduqdan sonra onların yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması müvafiq ərazi üzrə məşğulluq orqanları tərəfindən diqqətdə saxlanılır.
Qeyd olunan işlər Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”na əsasən aparılır. Proqramda digər tədbirlərlə yanaşı, cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi məqsədi ilə onlar üçün peşə hazırlığı kurslarının təşkil edilməsi də nəzərdə tutulub.


İlkin













 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir”
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info