BSU-nun nəzdindəki Məktəb-Lisey Kompleksi əsaslı şəkildə təmir edilib
Tarix: 13.08.2014 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev avqustun 13-də Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksinin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq ayrı-ayrı təhsil müəssisələrinin əsaslı şəkildə təmir və yenidənqurma işləri ardıcıl olaraq həyata keçirilir. Hər il olduğu kimi, bu il də respublikanın hər yerində mövcud məktəblər təmir edilir, müasir təhsil müəssisələri, yeni tədris korpusları, idman meydançaları, iclas zalları inşa olunaraq ən müasir avadanlıqla təchiz edilir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.
Qeyd edilib ki, Məktəb-Lisey Kompleksi istedadlı və qabiliyyətli uşaqlara qayğının artırılması ilə bağlı Dövlət Proqramına uyğun olaraq 2010-cu ildə Bakı Slavyan Universiteti Humanitar Liseyinin və Bakı şəhər 15 nömrəli tam orta məktəbin bazasında yaradılıb. Kompleksdə minə yaxın şagird təhsil alır. Məktəb-liseydə 33 sinif fəaliyyət göstərir. Təhsil Azərbaycan və rus dillərində həyata keçirilir. Azərbaycan bölməsində 600, rus bölməsində isə 400-dək şagird təhsil alır. Məktəbin binası 1935-ci ildə inşa olunub. Əvvəllər hospital kimi fəaliyyət göstərən bina 1958-ci ildə məktəbə çevrilib. Bu müddət ərzində məktəb binası ilk dəfə olaraq əsaslı şəkildə təmir edilir. Binada bənd-bərkitmə işləri həyata keçirilib.
Yeni dərs ili ərəfəsində təhsil kompleksinin 4800 kvadratmetr ərazisi əsaslı şəkildə yenidən qurulub, lisey ən müasir tədris ləvazimatları və avadanlıqla təchiz edilib. Binanın birinci mərtəbəsində xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində görülən işləri əks etdirən fotostend yaradılıb.
Dövlət başçısı təhsil kompleksinin sinif otaqlarında, fənn kabinetlərində yaradılan şəraitlə tanış olub. Kompleksin istilik və işıqlandırma sistemləri, akt zalı, açıq və örtülü idman meydançaları yüksək standartlara uyğun şəkildə yenidən qurulub. Məktəb-Lisey Kompleksinin həyətyanı sahəsində də abadlıq və quruculuq işləri həyata keçirilib.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Bu gün İğdırda Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
16.09.2019
Bu gün məktəblərdə ilk dərs günüdür
16.09.2019
Leyla Əliyeva Bakıda 7-ci arena polo üzrə dünya kubokunun final görüşünə baxıb
15.09.2019
Türkiyə “Kərkük-Ceyhan“ı sürətləndirmək istəyir
15.09.2019
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info