“Dünya erməni yalanlarından bezib”
Tarix: 13.08.2014 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Anar Əsədov: “Azərbaycan iqtisadiyyatı nə qədər güclənirsə, Ermənistanın iqtisadiyyatı da bir o qədər pisləşir”

“Bütün dünyanı sözdə soyqırım yalanlarıyla və çığırtqanlıqları ilə aldatmağa çalışan erməni diasporunun və Ermənistanın Azərbaycan türklərinə qarşı törətmiş olduqları qətliam və soyqırımlara dünyanın müxtəlif beynəlxalq təşkilatları, qeyri-hökumət təşkilatları səssiz qalmaqdadır”. Bu fikirləri qəzetimizə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası Mətbuat xidmətinin rəhbəri Anar Əsədov bildirib.
Onun sözlərinə görə, artıq? dünya erməni yalanlarından bezib: “Kimliyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı xalqımıza qarşı törədilmiş Dağlıq Qarabağ münaqişəsini, Xocalı soyqırımını getdiyi hər yerdə anlatmalı və erməni yalanlarının üstünü açmalıdır. Əfsuslar olsun ki, bu gün 20 % işğal olunmuş torpaqlarımız hələ də mənfur qonşularımızın işğalı altındadır. Bu işğalı Birləşmiş Millətlər Təşkilatının 822, 853, 874 və 884 nömrəli qətnamələri ilə qınamış olsa da, torpaqlarımızın işğalına son qoyulması üçün heç bir ölkənin cəhdi olmayıb. Özəlliklə işğalın ardından bəzi türk düşməni olan dövlətlər ermənilərə hər cür iqtisadi və hərbi dəstəyi verib və hələ də verməkdədirlər. 1994-cü ildə atəşkəsin imzalanmasına baxmayaraq erməni birlikləri heç bir zaman həqiqi mənada bu razılaşmaya əməl etməyib və işğal olunmuş Qarabağ və digər bölgələrdə sıxlıqla Azərbaycan əsgərlərini, bu bölgədə yaşayan kəndlilərimizə atəş açmaqdadırlar”.
A.Əsədov bildirdi ki, son günlərdə baş verən olaylarla Azərbaycan hərbiçilərinin cavab verməsi ilə orada yaşayan ermənilər də təşvişə düşblər: “Soçi görüşündə isə cənab Prezidentimiz İlham Əliyev bu məsələnin həlli istiqamətində nə qədər qətiyyətli olduğunu bir daha ermənilərə göstərdi. Dünya güclüdən yanadır. Azərbaycan iqtisadiyyatı nə qədər güclənirsə, Ermənistanın iqtisadiyyatı da bir o qədər pisləşir. Bu iqtisadi gücü öz lehimizə çevirməliyik. Müstəqilliyimizi qazandıqdan sonra formalaşdırdığımız güclü ordumuz Prezidentimizin də dediyi kimi istənilən an hərb yolu ilə almağa qadirdir. Lakin bizlər ermənilər kimi qan axıdılmasına qarşıyıq. Ümid edirik ki, öz əzəli və əbədi torpaqlarımız sülh yolu ilə öz həllini tapar”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
ABŞ-ın məşhur radio şousunda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən proqram yayımlanıb
18.09.2020
Maliyyə naziri pandemiya dövründə dövlətlərin prioritetləri barədə danışdı
17.09.2020
Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb
17.09.2020
Tofiq Yaqublunun apellyasiya şikayətinə baxılacaq vaxt bilindi
17.09.2020
Moskvada ermənilərlə iğtişaşlara görə saxlanılan azərbaycanlılar azadlığa buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11600

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 6500-dən çox şəxsin əsassız əlillik təyinatı ləğv edilib
3 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
4 Azərbaycan-Özbəkistan arasında xalq simli musiqi alətləri ifaçılarının ilk onlayn – müsabiqəsi
5 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info