Cəbhəyanı kəndlərin problemlərinin həllinə diqqətlə yanaşılır
Tarix: 13.08.2014 | Saat: 21:55:00 | E-mail | Çapa göndər


Tərtər rayon rəhbərliyinin əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə cəbhə xəttində yerləşən Hüsənli kəndində sakinlərlə görüşü keçirilib.
Rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin də iştirak etdikləri görüşdə əhalinin, xüsusən də təmas xəttində yerləşən kəndlərdə sakinlərin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb. Bildirilib ki, Hüsənli kəndinin yollarının təmir edilməsi, yeni subartezian quyularının qazılması, küçələrə müasir gecə işıqlanma sistemlərinin quraşdırılması dövlətimiz tərəfindən kənd sakinlərinə göstərilən qayğının bariz nümunəsidir.
Görüşdə kənd sakinlərindən Sabir Zeynalov, Mirzə Mirzəyev, Nurəddin Mirzəyev, Ziyəddin Qəhrəmanov, Zəminə Hüseynova və başqaları kənddə əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən (köhnəlmiş elektrik naqillərinin və dirəklərinin yenisi ilə əvəz olunması, həyətyanı torpaq sahəsinin ayrılmasına kömək edilməsi və sair) söz açıb, arzu və təkliflərini bildiriblər.
Görüşdə cari məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq quruculuq işlərindən razılıqlarını ifadə edərək, cəbhəyanı kəndlərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
Muxtar respublikada 247 təhsil müəssisəsi istilik sistemi ilə işləyəcək
22.09.2019
Sabah ölkə ərazisində 27 dərəcə isti olacaq
22.09.2019
Qubanın Qırız və Xınalıq kəndlərinə qar yağıb
21.09.2019
Bazar günü Bakıda intensiv yağış, bəzi rayonlarda sulu qar, qar yağacaq
21.09.2019
Güclü küləklə əlaqədar hər kəsi ehtiyatlı olmağa çağırırıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info