Güləşçilərimiz ilin son mötəbər yarışına hazırlaşır
Tarix: 13.08.2014 | Saat: 22:14:00 | E-mail | Çapa göndər


8-14 sentyabr 2014-cü il tarixdə Özbəkistan Respublikasının Daşkənd şəhərində güləş üzrə böyüklər arasında Dünya Çempionatı keçiriləcək. Çempionatda iştirak edəcək sərbəst, yunan-Roma və qadın güləşi üzrə ölkə yığma komandaları hazırlıqlarını davam etdirir.
Qadın güləşi üzrə yığma komandanın üzvləri iyulun 31-dən böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında Ukraynanın Zaroslyak şəhərində bu ölkənin yığma komandası ilə birgə təlim-məşq toplanışındadır. Təlim-məşq toplanışı avqustun 17-dək davam edəcək. Sərbəst güləşçilərimiz isə, Dünya Çempionatına Belarusun paytaxtı Minsk şəhərində bu ölkənin yığma komandası ilə birgə hazırlaşır. Baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında keçirilən təlim-məşq toplanışında 16 idmançımız iştirak edir. Avqustun 5-dən başlayan təlim-məşq toplanışı avqustun 20-dək davam edəcək. Yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri də Dünya Çempionatına ölkədən kənarda hazırlaşır. Avqustun 8-dən etibarən Türkiyənin İstanbul şəhərində Türkiyə və Belarus yığmaları ilə birgə keçirilən təlim-məşq toplanışında 14 güləşçimiz iştirak edir. Baş məşqçi Cəmşid Xeyrabadinin rəhbərliyi altında keçirilən təlim-məşq toplanışı avqustun 22-dək davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info