Qadın şahmatçılarımız Norveç komandasına qalib gəlib
Tarix: 13.08.2014 | Saat: 22:29:00 | E-mail | Çapa göndər


Azərbaycanın şahmat üzrə qadınlardan ibarət yığması Ümumdünya Şahmat Olimpiadasının onuncu turunda Norveç şahmatçılarına qalib gəlib. Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası avqustun əvvəlində Troms şəhərində start götürüb. Azərbaycan şahmatçıları Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Xəyalə Abdulla və Türkan Məmmədyarova 3:1 hesabı ilə rəqiblərinə qalib gəliblər.
Bu, turnirdə üç dəfə məğlub olan qadın şahmatçılarımızın yeddinci qələbəsidir. Azərbaycan yığması Ümumdünya Şahmat Olimpiadasında qazandığı xalların sayına görə cədvəldə 14-cü yerə yüksəlib. Turnir cədvəlinə bütün turlarda qalib gələn Rusiya yığması başçılıq edir. Qeyd edək ki, Azərbaycan şahmatçıları növbəti turda Polşa yığması ilə görüşəcəklər. Qadınlardan ibarət komandaların yarışına 18 xal toplayan Rusiya komandası liderlik edir. Çin və Ukrayna yığmaları bir xal, Almaniya yığması isə iki xal geri qalır. Azərbaycan cəmi 14 komanda xalı toplayıb. Bu arada Azərbaycanın kişilərdən ibarət yığması Ukrayna yığması ilə heç-heçə oynayıb: Şəhriyar Məmmədyarov qalib gəlib, Rauf Məmmədov uduzub, Teymur Rəcəbov və Eltac Səfərli heç-heçə oynayıblar. Kişilərdən ibarət komandalar arasında açıq yarışların 10 turundan sonra 17 komanda xalı toplayan Çin komandası liderlik edir. Macarıstan bir xal, Azərbaycan, Fransa, Ukrayna, Rusiya, ABŞ, Özbəkistan, Hindistan və Polşa iki xal geri qalırlar. Avqustun 14-də Azərbaycan və ABŞ komandaları görüşəcəklər.
Xatırladaq ki, Tromsda keçirilən 41-ci Ümumdünya Şahmat Olimpiadasında dünyanın kişilərdən ibarət 177, qadınlardan ibarət 136 yığması iştirak edir. Turnirdə ümumən iki mindən çox şahmatçı mübarizə aparır. Dünən turnirdə istirahət günü oub.




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
“Yuventus“ İquainlə yolları ayırdı
18.09.2020
“Qarabağ”ın Avropa Liqasında mümkün rəqibləri bəlli olub
17.09.2020
“Neftçi“ “Qalatasaray“a uduzub mübarizəni dayandırdı-VİDEO
17.09.2020
ÇL-də ən yaxşı oyunçu adına namizədlər
17.09.2020
Messidən iki gözəl qol - VIDEO

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
4 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
5 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info