Ağcaqanad sancmasına qarşı 7 təbii üsul
Tarix: 13.08.2014 | Saat: 22:56:00 | E-mail | Çapa göndər


Ağcaqanad sancdıqdan sonra yaranı qaşıyırsınızmı?
Yayın ən bezdirici elementlərindən biri hiyləgərcəsinə ətrafda dolanıb “vız” səsləriylə can sıxan kiçik qansoranlardır.
Hələ bəziləri bir sancır ki, pis görünməsi bir yana, qaşınmadan dayanmaq olmur.
Milli.Az anspress-ə istinadən qansoranların sancmasından sonra yaranan qaşınmanın qarşısını almaq üçün 7 ən təbii üsulu sizə təqdim edir:

1. Buz kublar. Əgər təzə sancıblarsa, 3-4 buz kubu işinizə yaraya bilər. Buz qaşıntı olan yeri keyidərək sancmadan sonra əmələ gələn şişmənin qarşısını alacaq. Buzları bir dəsmala bürüyüb 10 dəqiqə, ya da dözə biləcəyiniz qədər sancılan yerin üzərində saxlayın.
2. Paket çay. Çaydakı təbii tanin maddəsi qanamanın qarşısını alır. Büzücü təsiriylə narahatedici toksinləri bədəninizdən ataraq, rahatsızlığınızı aradan qaldırar. Bir çay paketini qaşıntılarınız azalana qədər sancma nöqtəsi üzərinə qoyun.
3. Çay ağacı yağı. Çay ağacının antiseptik xüsusiyyəti məxsusən dəri mənşəli problemlərdə sizə kömək olacaq. Əlbəttə ki, ağcaqanad sancması da buna daxil edilə bilər. Bir pambığa bir azca çay ağacı yağı batırın və sancma olan yerə yüngülcə sürtün. Lavanda və nanə yağı da eyni zamanda işinizə yaraya bilər.
4. Qabartma tozu. Qabartma tozuna bir neçə damla su əlavə edin, bir qabda qarışdırın və birbaşa sancma olan yerə sürtün. Quruyana qədər gözləyin. Qabartma tozundakı maddələr yoluxmuş bölgənin pH tarazlığını neytrallaşdıraraq qaşıntını azaldacaq.
5. Alma sirkəsi. Qabartma tozunda olduğu kimi, sancılan bölgənin pH tarazlığını neytrallaşdıraraq, sancının infeksiyalı qismindən xilas olmanıza fayda olur. Alma sirkəsi digər sirkə növlərinə görə daha az yandırıcı olduğu üçün, təbii pH tarazlığını tuta bilmək üçün idealdır.
6. Əlbəttə ki, aloe vera. Ümumiyyətlə günəş yanıqlarını müalicə etməkdə istifadə edilən aloe vera eyni zamanda ağcaqanad sancmalarına qarşı da effektlidir. Amma çalışın ki, təzəsini tapasınız və ya aloe vera gelini apteklərdən əldə edin. Lakin əgər təzə budaq tapsanız, bıçaqla yararaq dişlənən bölgənin üzərinə yüngülcə basdırın.
7. Nanə sıyığı. Nanə yarpaqlarını əzərək sıyıq halına gətirin və dişlənən bölgənin üzərinə tətbiq edin. Əgər nanəni əzməyə bir şey yoxdursa dərd etməyin, bunun da təbii yolu var. Nanəni ağzınızda çeynəyib dişlənən bölgənin üzərinə qoyun.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Sosis, kolbasa və palma yağı…
21.09.2019
Peyğəmbərimizin sağlamlıq üçün tövsiyə etdiyi möcüzəvi çəmən otu
20.09.2019
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu beynəlxalq konfransda çıxış edib
19.09.2019
Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər
18.09.2019
Şəkərdən xərçəngə minbir dərdin dərmanı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info