Rusiya valyuta ehtiyatlarını Qərb banklarından çıxarır
Tarix: 14.08.2014 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Ehtiyat fondlarında olan vəsaitlərin sanksiya tətbiq edən dövlətlərin banklarında saxlanmasını qadağan edən qanun layihəsi hazırlanıb

Rusiya Ukrayna hadisələri ilə bağlı ona sanksiya tətbiq edən dövlətlərə qarşı müəyyən addımlar atmağa başlayıb. Dövlət Dumasının üzvü Oleq Nilov bu məsələ ilə bağlı yeni qanun layihəsi hazırlayaraq müzakirəyə təqdim edib. Həmin layihə artıq Dövlət Dumasının avtomatlaşdırılmış təminat sistemində yerləşdirilib. Qanun layihəsi Rusiyanın Ehtiyat Fondu və Milli Rifah Fondunda olan vəsaitlərin sanksiya tətbiq edən dövlətlərin banklarında saxlanmasını qadağan edir.
Parlament üzvünün hazırladığı layihədə suveren fondlar, dövlət aktivləri və digər təşkilatların vəsaitlərinin də sanksiya tətbiq edən dövlətlərdən təcili şəkildə çıxarılması tələb edilir. Qanun layihəsi maliyyə fəaliyyətləri ilə bağlı məhdudlamaların sanksiya tətbiq edən dövlətlərin dövlət agentlikləri, mərkəzi bankaları, investisiya fondları, hüquqi şəxslərinə də şamil olunmasını nəzərdə tutur. Qanun layihəsində qeyd edilir ki, Rusiyanın Ehtiyat Fondu və Milli Rifah Fondunun vəsaitləri əsasən Qərb ölkələrinin banklarında yerləşir. Nilovun fikrincə, bu isə vəsaitlərin olduğu ABŞ və digər Qərb ölkələrinin iqtisadiyyatlarının inkişafına təkan verdiyi halda, Rusiya iqtisadiyyatının inkişafını stimullaşdırmır. Nilova görə, bu məsələləri nəzərə alan dövlət iqtisadiyyatın stimullaşdırılması ilə bağlı siyasətini dəyişdirməlidir. Dövlət Dumasının üzvü bildirir ki, ehtiyat fondlarda olan vəsaitlərin Qərb ölkələrindən çıxarılması Rusiyanın həmin ölkələrin tətbiq etdiyi sanksiyalara verdiyi cavablardan biri ola bilər. Hazırda Rusiyanın Ehtiyat Fondu və Milli Rifah Fonduna vəsaitlərini xarici valyutada və borc öhdəliyi ilə xarici dövlətlərdə, dövlət agentliklərində və mərkəzi banklarında, o cümlədən beynəlxalq maliyyə təşkilatlarında yerləşdirməyə icazə verilir. Ehtiyat vəsaitlər xarici bankların hesabında da saxlana bilər. “İzvestiya” nəşri isə yazır ki, Rusiyanın neft-qaz ehtiyatları ilə bağlı ilkin geoloji informasiyaların Rusiyadan kənara çıxarılması və ABŞ şirkətləri tərəfindən analiz edilməsi qadağan ediləcək. Hazırda nəhəng Rusiya neft şirkətləri geoloji məlumatları dövlət strukturlarının iştirakı və razılığı olmadan analiz edilmək üçün “Miller & Lents” və “DeGolyer & MacNaughton” kimi şirkətlərə təqdim edirlər. Rusiya Təhlükəsizlik Şurasının ekoloji təhlükəsizlik üzrə təşkilatlararası komissiyası müvafiq qurumlara və xüsusi xidmət orqanlarına geoloji ehtiyatlar üzrə informasiyalara ciddi nəzarət edilməsi və ölkə xaricinə çıxarılmasının qarşısını alınması ilə bağlı mexanizm hazırlanması ilə bağlı tapşırıq verib. ABŞ və bir sıra Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalardan sonra Rusiya geoloji ehtiyatların auditi sahəsində milli sistem yaradılması qərarına gəlib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub
15.09.2019
Rusiyanın Uzaq Şərqi su altında qalır
15.09.2019
Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib
15.09.2019
Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
15.09.2019
Bakının işğaldan azad olunmasından 101 il ötür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info