İlin ilk altı ayında Ermənistanda sənaye artımı 0 faiz olub
Tarix: 14.08.2014 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Cari ilin ilk yarısında Ermənistan sənaye artımı 0 faiz olub. Bu haqda Ermənistan Milli Statistika Xidmətinin yaydığı məlumatda qeyd edilir. “Tert.am” yazır ki, iqtisadi vəziyyətin ağırlığını təsdiqləyən ən bariz fakt budur ki, ilk altı ay ərzində sənaye sahəsində cüzi də olsa artım qeydə alınmayıb və bu məlumat dövlət orqanı tərəfindən yayılıb.
Bu məsələ ilə bağlı “Joxovurd” nəşrinə açıqlama verən iqtisadçı ekspert Vardan Bostancanyan bildirib ki, sənaye sahəsində heç bir artımın olmaması ümumiyyətlə iqtisadi sahədə artım olmadığını təsdiqləyir: “Bəziləri bunu maliyyə böhranı ilə əlaqələndirir. Hərçənd bu məsələnin Ermənistana təsiri o qədər də çox olmamalıdır. Mənə elə gəlir ki, ilin ilk altı ayı ərzində sənaye sahəsində 0 faiz artım olmasının səbəbi iqtidarın son 4 il ərzində həyata keçirdiyi siyasətlə bağlıdır”. “Joxovurd” yazır ki, Ermənistanda məqsədli şəkildə kiçik və orta biznes məhv edilir. Belə ki, cari ilin ilk rübündə Ermənistanda 16 min 27 ticarət obyekti fəaliyyət göstərib. Halbuki ötən ilin eyni dövründə ticarət obyektlərinin sayı 16 min 197 olub. Ölkədə fəaliyyət göstərən köşklərin sayı 3 min 393 olduğu halda, ötən ilin eyni dövründə bu rəqəm 3 min 896 olub. Kiçik dükanların sayında da azalma qeydə alınıb. İri dükanların sayı dəyişməz qalıb-154. “Joxovurd” yazır ki, hökumət kiçik və orta biznesin dəstəklənməsi ilə bağlı addımlar atacağını elan edib: “Görünür hökumət yeni addımlar deyərkən kiçik və orta biznesin məqsədli şəkildə ləğv edilməsini nəzərdə tuturmuş”.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Penitensiar Xidmət: Məhkəmə Tofiq Yaqublu barəsində humanistlik göstərərək həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib
18.09.2020
Tofiq Yaqublu xəstəxanadan evə buraxıldı
18.09.2020
Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
18.09.2020
Prezident İlham Əliyev Nepal Prezidentini təbrik edib
18.09.2020
Tural Gəncəliyev: Xankəndində törədilən qırğına görə erməni terrorçularından haqq-hesab istəyəcəyik

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
4 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
5 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info