“Dövlət cəbhə xəttində yerləşən bələdyyələrə daha çox maliyyə yardımı ayıracaq”
Tarix: 14.08.2014 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


“Büdcə sistemi haqqında” qanuna dəyişikliklərə əsasən əgər əvvəllər bələdiyyəyə dotasiya verilən zaman onun ərazisində yaşayan əhalinin sayı və ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onun xüsusi çəkisi və digər amillər nəzərə alınırdısa, son dəyişikliklərdən sonra bu meyarlar dəqiqləşib.
Dəyişikliklərə görə, bələdiyyənin gəlir və xərcləri, bələdiyyəyə daxil olan yaşayış məntəqələrinin cəbhə xəttində, sərhəd zonasında, yüksək dağlıq ərazidə yerləşməsi, yerli əhalinin yaşayış səviyyəsi, nəzərdə tutulan sosial-iqtisadi layihələr də dotasiya verilən zaman nəzərə alınmalıdır. Bu isə o deməkdir ki, artıq cəbhə xəttində və sərhəd zonasında yerləşən bələdiyyələr büdcədən daha çox pul ala biləcəklər.
İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, dəyişikliyin digər müsbət tərəfi subvensiyaların verilməsi ilə bağlı konkret meyarların müəyyənləşdirilməsidir: “Belə ki, son dəyişikliklərdən sonra dövlət büdcəsində bələdiyyələrə subvensiyanın ayrılması ayrıca sətirlə müəyyən edilir. Eyni zamanda, dövlət büdcəsindən subvensiyanın ayrılması üçün bələdiyyələr və onların təmsil olunduqları milli assosiasiyalar hər il martın 15-dək təkliflərini təqdim edir. Daha sonra həmin təkliflər 30 gün müddətində yoxlanılaraq vəsaitin ayrılması statusu ilə bağlı qərar verilir. Müsbət cavab alan bələdiyyələr isə maliyyə-iqtisadi əsaslandırmalarını mayın 1-dək bələdiyyələr tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.
Beləliklə, ölkə Prezidentinin son sərəncamı bələdiyyələrin dövlət büdcəsindən daha çox vəsait almasına imkan yaradacaq ki, bu da onların maliyyə imkanlarının genişlənməsinə səbəb olacaq”.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
11.07.2020
NATO bunu etsə, müharibə olacaq
11.07.2020
Minsk qrupu ya öz fəaliyyətində dönüş yaratmalı, ya da acizliyini etiraf etməlidir
10.07.2020
Bu günkü reallıqlar işğalçı Ermənistanın faşist niyyətini təsdiq edir
08.07.2020
Bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq edirlər
07.07.2020
Azərbaycan qazı Aİ ilə Azərbaycan arasında ticarət dövriyyəsini artırmağa imkan verəcək

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər
2 “Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın yanında olmağa çalışmışam”
3 “Zaman və düşüncələr” kitabı Azərbaycan dilində çapa hazırlanır
4 Türkiyə moda sənayesi 15 iyul - 14 avqust tarixlərində sərgidə
5 312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info