Mərkəzi Bankın valyuta ehtiyatları 7 faiz artıb
Tarix: 14.08.2014 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


Bu ilin birinci yarısında Mərkəzi Bankın sərəncamında olan valyuta ehtiyatları 7 faiz artaraq 15163 milyon dollar səviyyəsinə yüksəlib.
Bankdan verilən məlumata görə, son illərdə ölkənin tədiyyə balansının profisiti şəraitində Azərbaycanın valyuta bazarında təklif tələbi üstələyir. Bununla əlaqədar, Mərkəzi Bank valyuta bazarından 2010-cu ildə 1385 milyon dollar, 2011-ci ildə 4153 milyon dollar, 2012-ci ildə 1584 milyon dollar, 2013-cü ildə 2457 milyon dollar, 2014-cü ilin 6 ayında isə 967,4 milyon dollar məbləğində valyuta alaraq ehtiyatların artırılmasına yönəldib.
Məlumatda, həmçinin bildirilir ki, adətən ölkənin tədiyyə balansında profisitin olduğu və valyuta bazarında təklifin tələbi üstələdiyi hallarda mərkəzi banklar tərəfindən valyuta alınması həyata keçirilir. Bu günlərdə isə bəzi mətbuat orqanları Mərkəzi Bankın valyuta sterilizasiyası əməliyyatları haqqında məlumatı yanlış şərh edərək bunu ictimaiyyətə valyuta xərcləməsi kimi çatdırıblar.
Rasim




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info