“Rusiyaya yeni sanksiyalar avtomobil satışının azalmasını sürətləndirəcək”
Tarix: 14.08.2014 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


Rusiyaya qarşı daha sərt ticarət sanksiyaları Avropa Birliyi və Amerika Birləşmiş Ştatları tərəfindən tətbiq edilməkdədir. Belə ki, hazırda iqtisadi problemlər yaşanan bu ölkənin avtomobil bazarına hesablanmış növbəti sanksiyaya hər hansı bir cavab “Renault-Nissan” alyansı üçün faydalı ola bilər.
Xatırladaq ki, «General Motors» və «Ford» şirkətləri bu ölkədən avtomobil ixrac etməmələrinə baxmayaraq, hər iki şirkətin Rusiyada əhəmiyyətli istehsal obyektləri mövcuddur. Yeni sanksiyalar avtomobil sənayesinə birbaşa təsir etməsə də, bütövlükdə ölkə iqtisadiyyatını zəiflədəcək və nəticədə bütün sənaye sahələri üzrə problemlər yaşanacaq. “IHS Automotive” şirkətinin məlumatına görə, Rusiyada avtomobil satışları bu ilin birinci yarısında artıq istehlakçıya inamın azalması və rus rublunun enişi ilə müşayiət olunan idxal qiymətlərinin artması ilə sonuclanıb. Beləliklə, ölkədə avtomobil satışları bu ilin birinci yarısında 7,6% azalıb. Bütün bunlar bir daha narahatlıqlara əsas verir ki, avtomobil satışı bu ilin ikinci yarısında da əhəmiyyətli dərəcədə azala bilər.
Başqa bir şirkət- “Price Waterhouse Coupers” tərəfindən hazırlanan hesabatda göstərilir ki, bu il Rusiyada avtomobil satışında enmə 12% -dən 8%-ə çata bilər. Yəni bu ölkədə satılan maşınların sayı 2,4 milyonla 2,3 milyon intervalında olacaq.
Qeyd edək ki, AB və Amerika Birləşmiş Ştatlarının sanksiyaları Rusiyanın maliyyə, enerji və müdafiə sektoruna qarşı yönəldilib. “IHS Auto” şirkətinin məlumatında göstərilir ki, ölkədə kredit təşkilatlarına göstərilən təzyiqlərə baxmayaraq, bu ölkənin istehsal sektoru hələ ki fəaliyyət göstərmək iqtidarındadır. Lakin böyük ehtimalla, sanksiyalar yaxınlarda bu sahəyə də təsir göstərə bilər.
Bütün bunlara rəğmən, Rusiya bu olaylara cavab vermək niyyətində olmadığını bəyan etsə də, “IHS Auto” şirkəti hesab edir ki, yeni sanksiyalar Rusiyada fəaliyyət göstərən xarici istehsalçıların da iqtisadiyyatına bir çox mənfi təsirlər göstərəcək. Xatırladaq ki, Fransa və Yaponiyanın “Renault-Nissan” birgə alyansı bu gün, bir neçə yerli tərəfdaşı ilə yanaşı, “AvtoVAZ” aktivlərinin 74,1%-ə nəzarət edir. Daha bir böyük şirkətin- “Ford”un Sankt-Peterburqda Rusiyada satış üçün kiçik “Focus”, orta ölçülü sedan “Mondeo” modelləri istehsal edir.
Bununla belə görünür ki, avropalı istehsalçılar Rusiyada avtomobil satışı hesabına mənfəət əldə etməkdə maraqlıdırlar. Təsadüfü deyil ki, «Roland Berger» şirkətinin əməkdaşı Yurgen Reers fikirlərini "Rusiya dünyada əhəmiyyətli potensiala malik olan on bazardan biri olub və olmaqdadır”- deyə xarakterizə edir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü başlayıb
21.09.2019
Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının birinci toplantısı keçirilib
21.09.2019
Azərbaycan nümayəndəsi ATƏT-ə çağırış edib
21.09.2019
Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava
21.09.2019
İlham Əliyev: “Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info