10 dahini ölümə aparan 10 axmaq hərəkət
Tarix: 14.08.2014 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Bəşəriyyətin, ən azından yaşadığı dövrün insanlarının həyatında müəyyən dəyişikliklər doğuran dahilər bəzən çox axmaq hərəkətləri ilə diqqət çəkilər. Bu axmaqlığın sonu isə bəzən ölümlə nəticələnə bilər.

10 dahinin ölümünə səbəb olan 10 axmaq hərəkətlər aşağıdakılardır.

10. İsaak Nyutonun cazibə qanunu kəşf etməsində böyük rolu olan XVI əsrin astronomu Tixo Braqe ayaqyoluna gedə bilmədiyi üçün ölüb. Belə ki, onun yaşadığı dövrdə içki məclisini yarımçıq tərk etmək ev sahibinə qarşı ən ağır təhqirlərdən sayılırdı. Mədəni və çəkingən insan olan Tixo Braqe ayaqyoluna getmək üçün ev sahibindən icazə almağa cürət etmir. Nəticədə onun sidik kisəsi partlayır və 11 gün əzab çəkdikdən sonra astronom vəfat edir.

9. XVI əsrin tanınmış filosoflarından olan Frensis Bekon isə içi təmizlənmiş toyuqları qarla doldurmaq hobbisinə görə ( o hesab edirdi ki, ətin saxlanma müddətini uzatmaq üçün duz yerinə qardan da istifadə etmək də olar) həyatını itirib. Eksperiment nəticəsində toyuqlar donmasa da, Frensis Bekonu don vurub və o, həyatını itirib.

8. XVII əsrin saray bəstəkarı Jan Batist Lülli isə yaradıcılıq enerjisinin qurbanı olub. Növbəti konsert məşqlərinin birində o, əsəbləşərək əlindəki əsa ilə ayağını deşir. Bir müddət sonra bəstəkar qan zəhərlənməsindən dünyasını dəyişir.

7. XX əsrin ən populyar sehrbazı və illüzionçusu Harri Qudini də öz axmaqlığının qurbanı olub. Qudini öz pressinin möhkəmliyini göstərmək üçün yoldan keçən təsadüfi insanlara ona yumruq zərbələri vurmağa imkan verirdi. Az sonra tanınmış sehrbaz daxili orqanlarının zədələnməsi diaqnozu ilə xəstəxanada vəfat edir.

6. Ötən əsrin 70-ci illərində səhər qaçışı ilə bağlı yazdığı “qaçış barədə hər şey” bestsellerinin müəllifi Cim Foks təklif etdiyi yeni qaçış növünü sınaqdan keçirərkən ütək tutmasından vəfat edib.

5. Fransız müğənni Klod Fransua su ilə dolu vannanın içərisində ola-ola tavandakı lampanı dəyişmək istəyərkən elektrik cərəyanının vurması nəticəsində ölüb.

4. ABŞ-da məşhur “Pinkerton” xəfiyyə agentliyi yaradan Allan Pinkerton yolu keçərkən öz dilini dişləyib. Dilində qanqrena başlayan xəfiyyə çox keçmədən keçinib.

3. ABŞ-ın 12-ci prezidenti Zakari Teylor 1850-ci il iyulun 4-də ölkənin müstəqilliyi ilə bağlı rəsmi tədbirdə iştirak edir. Həmin gün hava çox isti olduğu üçün çoxlu dondurma yeyən prezident az sonra bunun fəsadları ilə üzləşməli olur. Mədəsində kəskin ağırlar başlayan Teylor 5 gün ərzində ölür. O yalnız 16 ay ölkə başçısı postunda qalır.

2. Məşhur “Jack Daniel`s” viskisinin yaradıcısı Cek Deniel də öz səhvinin qurbanı olur. Kombinasiyasını unutduğu seyfi açmağa çalışan zaman əsəbləşən ixtiraçı seyfi təpikləyən zaman ayaq barmaqlarını qırır. Bundan bir müddət sonra o, qan zəhərlənməsindən vəfat edir.

1. Antik yunan filosofu Hrisipi isə gülüşü öldürür. Öz sərxoş uzunqulağının əncir yemək cəhdlərini izləyən filosof aramsız gülməkdən vəfat edib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
27 dəqiqə ölən qadın o dünya haqqında danışdı
22.09.2019
Moskvadakı müsəlmanların sayı açıqlandı
22.09.2019
NATO-nun ilk azərbaycanlı qadın pilotu: Ləman Bozqurd kimdir?
22.09.2019
Qarşıdakı 20 ildə Çinə məxsus mülki təyyarələrin sayı 10 mini ötəcək
22.09.2019
Özbəkistanda inanılmaz toy və yas qadağaları

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info