“Təmiz Binəqədi” layihəsi uğurla icra olunur
Tarix: 15.08.2014 | Saat: 15:44:00 | E-mail | Çapa göndər
Bütün sahələrdə inkişaf edən Azərbaycanda ekologi tarazlığın qorunmasına son illər xüsusi diqqət göstərilir. Ölkə başçısının bilavasitə sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına diqqətin artırılması, bu sahədə mövcud problemlərin aradan qaldırılması məqsədi ilə müvafiq sərəncamların imzalanması bunu bir daha təsdiqləyir.
Ölkə başçısının ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı dəyərli tövsiyə və tapşırıqlarından, habelə müvafiq sərəncamlarından irəli gələn vəzifələr Binəqədi rayonunda uğurla icra edilir. Bu məqsədlə rayonun müxtəlif yerlərində təmizlik işləri aparılır, yaşıllaşdırma işləri genişləndirilir. 2014-cü il iyulun 1-dən icrasına başlanılmış "Təmiz Binəqədi" layihəsi çərçivəsində rayonda çoxsaylı aksiyalar keçirilir, əhali arasında maarifləndirici söhbətlər aparılır.
"Təmiz Binəqədi" layihəsinin icrası prosesində rayonun 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi də yaxından iştirak edir. Nümayəndəliyin rəhbəri Aytac Əliyevanın qəzetimizə verdiyi məlumata görə, fəaliyyətlərini “Təmiz Binəqədi” layihəsinin icrası ilə bağlı hazırlanmış Tədbirlər Planına müvafiq qaydada qurmuş, müxtəlif təklif və təşəbbüslərlə çıxış etmişlər: "Nümayəndəliyimiz ötən dövr ərzində bir sıra təmizlik aksiyaları təşkil etmiş, "Qapıdan qapıya" prinsipi ilə sakinlərlə yerlərdə görüşlər keçirmişdir. Sevindirici haldır ki, layihə ilə bağlı açılış konserti 5 iyul 2014-cü il tarixində 9-cu mikrarayonda, Adil Məmmədov küçəsi 115 saylı evin qarşısında yeni salınmış parkda təşkil edilmişdir. Müxtəlif estrada ulduzlarının iştirakı ilə keçirilən konsertdə rayon icra hakimiyyətinin rəhbər vəzifəli şəxsləri, xidmət təşkilatlarının nümayəndələri, həmçinin rayon sakinləri və qonaqlar iştirak etmişlər”.
A.Əliyevanın sözlərinə görə, nümayəndəliyin əhatə dairəsinə daxil olan 79, 92, 95 və 108 saylı MKİS-lərin ərazisində layihənin həyata keçirildiyi ilk gündən davamlı şəkildə təmizlik işləri aparılmışdır: "Bundan başqa, Svetlana Məmmədova, Kazımovski, Üzeyir Hacıbəyov 2a, İlqar Cümşüdov, Cavadxan, Mir Cəlal, Adil Məmmədov, Həmzə Babaşov küçələrində, "Qala Qapısı" və "Lalə" restoranlarının, "Sonalar sonası" şadlıq evinin ətrafında, “Zeytunluq” adlanan ərazidə, habelə 141 və 238 saylı uşaq bağçalarının ətrafında kompleks təmizlik işləri həyata keçirilmişdir. Layihə çərçivəsində 79, 46, 92, 125, 95, 40 və 108 saylı MKİS-lər üzrə 36 məişət tullantıları konteyneri rənglənmiş, üzərlərinə “Təmiz Binəqədi” loqoları vurulmuşdur. Cavadxan küçəsi 5, həmçinin Adil Məmmədov küçəsi 69 ünvanında müasir tipli məişət tullantıları meydançasının tikintisinə başlanılmışdır. Adil Məmmədov küçəsi 119 ünvanında yerləşən məhəlləarası parkda sakinlərin mədəni istirahətini təmin etmək üçün konsert proqramları təşkil edilmiş, aksiyalar keçirilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının göstərişinə əsasən, Adil Məmmədov küçəsi, 69 saylı kooperativ evin yanındakı baxımsız parkda əsaslı təmirə bağlanmışdır və hazırda orada yenidənqurma işləri aparılır".
Nümayəndəliyin rəhbəri onu da bildirmişdir ki, “Təmiz Binəqədi” layihəsi çərçivəsində humanitar aksiyalar da təşkil edilib, 22 İyul – Milli Mətbuat Günü ilə əlaqədar keçirilmiş aksiya bu baxımdan öz kreativliyi ilə seçilib: "Bayramla əlaqədar nümayəndəlik “Binəqədi” qəzetinin kollektivini, eləcə də ərazidə yaşayan tanınmış jurnalistləri təbrik etmiş, onlara "Təmiz Binəqədi" sarğılı dibçəklərdə güllər hədiyyə olunmuşdur. Aksiya böyük maraqla qarşılanmışdır”.
A.Əliyevanın sözlərinə görə, iyul ayının 19-da nümayəndəliyin ərazisində təşkil olunmuş "Polietilensiz gün” aksiyası da təbliğati baxımdan mühüm əhəmiyyət daşımışdır. Aksiyada gənclərdən ibarət mobil qrup, habelə Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının şöbə müdirləri, məsul işçiləri, Binəqədi rayon MKTB-nin əməkdaşları iştirak etmişlər.
"Təmiz Binəqədi" layihəsi çərçivəsində nümayəndəliyin ərazisindəki dayanacaqlar, yol kənarları, habelə fərdi evlərin girişləri ağardılmış, bu prosesdə sakinlər də könüllü iştirak etmişlər. Təmizlik işləri təkcə həftənin iş günləri deyil, şənbə və bazar günləri də davam etdirilmişdir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
“Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz” (Yenilənib)
20.10.2017
“Azərenerji”də “Energetiklər günü” qeyd edilib
20.10.2017
2018-ci ildə Azərbaycanda iqtisadi artım olacaq
20.10.2017
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşü işə başlayıb
20.10.2017
“Astara-Astara dəmir yolu layihəsinə dünyada böyük maraq var”

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7540

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Yollar qovuşanda...
4 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info