Azərbaycanlı rəssamın İngiltərənin “Teas” jurnalında müsahibəsi dərc olunub
Tarix: 16.08.2014 | Saat: 01:47:00 | E-mail | Çapa göndər


Azərbaycanın tanınmış rəssamlarından olan Səyyar Əliyev Böyük Britaniyada nəşr edilən nüfuzlu “Teas” jurnalına eksklüziv müsahibə verib.
Xatırladaq ki, əslən qarabağlı olan rəssamın yaradıcılığının əsas süjet xəttini milli faciələrimiz və işğal altında olan ərazilərin ümumi təsviri təşkil edir. Eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi olan Səyyar Əliyev tarix üzrə fəlsəfə doktorudur. S.Əliyev müsahibəsində doğma diyarı ilə bağlı bu təsəvvürlərini bildirib: “Mən Şuşaya çox yaxın olan Ağcabədi rayonunda doğulmuşam. Ancaq ömrümün əhəmiyyətli hissəsi Azərbaycanın ən dilbər guşəsi olan Şuşa ilə sıx bağlı olub. Orta məktəbi Şuşa şəhərində oxumuşam. Universiteti bitirəndən sonra, yenidən Şuşaya qayıdıb həmin şəhərdə pedaqoji fəaliyyətlə məşğul olmuşam. Mənim üçün Azərbaycanın hər bir guşəsi doğma və əzizdir, ancaq Şuşa tam başqa aləmdir. Şəhər qədimiliyi ilə yanaşı, füsunkar təbiəti ilə də insanları valeh edirdi. Təbii ki, belə şəhəri unutmaq olmaz. Şuşanın hazırda işğal altında olması məni daha çox incidir”. Rəssam müsahibəsində Ermənistanın torpaqlarımızı işğal etməsindən bəhs edib, O, tezliklə ərazi bütövlüyümüzün bərpa olacağını və Azərbaycan bayrağının Xankəndində, Şuşada dalğalanacağını deyib. Rəssam yaradıcılığının əsas prioritet xəttini Dağlıq Qarabağ mövzusu təşkil etdiyini bildirib: “Dağlıq Qarabağ faciəsi məni çox narahat edir və mənə faciələri qələmə almaq üçün böyük stimul verir. Oranın hissi, həyacanı heç vaxt məni yalqız qoymur. Yaradıcı adam üçün bu çox böyük dərdir”. O, əsərlərində Azərbaycanın milli rəmzlərinin də əksini tapdığını vurğulayıb. Rəssam yalnız ölkə daxilində fərdi sərgilərinin keçirildiyini qeyd edib: “Son sərgilərim Şuşanın işğalının 20 və 21 illiyinə həsr olunub. Ancaq mən əsərlərimin xarici ölkələrdə nümayiş olunmasında çox maraqlıyam. Daha çox mənzərə mövzusunda olan əsərlərim satılır. 2013-cü ildə “Şuşa-Qarabağ” adlı fərdi sərgimdə 70 yaxın əsərim sərgiləndi”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Odessada Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
14.11.2019
AzTU-da sərgi: dəyəri 5 min manatdan baha olan əl işi müsabiqəyə çıxarıldı
14.11.2019
Azərbaycan “Özbəkistan bizim ümumi evimizdir“ festivalında təmsil olunub
14.11.2019
Prezident təqaüdçüləri solo konsertlə çıxış edəcəklər
14.11.2019
“Çalışacağam ki, bundan sonra da mənə həvalə edilən rolları böyük yaradıcılıq şövqü ilə ifa edim”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info