Samuxa bəla gəldi
Tarix: 16.08.2014 | Saat: 01:49:00 | E-mail | Çapa göndər


Bir müddət əvvəl cənub bölgəsində mal-qara arasında müşahidə olunan xəstəlik Samux rayonunda da müşahidə edilib
Milli.Az APA-ya istinadən xəbər verir ki, xəstəlik, əsasən, Samux rayonunun 1200 nəfərdən çox əhalisi olan və təsərrüfatlarında min başdan artıq mal-qara saxlanılan Yenikənd kəndində müşahidə edilir.
Sakinlərin bildirdiklərinə görə, mənşəyi tam aydın olmayan bu xəstəliyə yoluxan inəklərin əvvəlcə bədənində iri suluqlu səpkilər əmələ gəlir, heyvanların ağzından su gəlir, onlar iştahadan tam kəsilir və qısa müddət ərzində arıqlayırlar. Kənddə artıq bir neçə inək bu xəstəlikdən tələf olub.
Samux rayon Baytarlıq İdarəsinin rəisi Mürvət Bağırov deyib ki, heyvanlar arasında yayılan bu xəstəlik dəri xəstəliyidir. Onun sözlərinə görə, Samux rayon Baytarlıq İdarəsi gücləndirilmiş iş rejiminə keçib. Xəstəliyə tutulan heyvanlar dizenfeksiya edilir.
Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli APA-ya açıqlamasında bildirib ki, Samuxda heyvanlar arasında yayılan xəstəlikdən xəbərdardılar: “Bu xəstəliyin də bir müddət öncə heyvanlar arasında yayılan “Nodulyar dermatit” xəstəliyi olduğu güman edilir. Hazırda lazımı proflaktik dezinfeksiya tədbirləri həyata keçirilir”.




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Milli Məclisin deputatı Yevda Abramov vəfat edib
06.12.2019
Bakıda 54 yaşlı kişini maşın vurub qaçdı
06.12.2019
Bakıda əcnəbi qadını işə düzəltmək adı ilə aldadıb pulunu mənimsədilər
06.12.2019
Abşeronda avtobus azyaşlını vurub, vəziyyəti ağırdı
06.12.2019
Bakıda 34 yaşlı qadını avtomobil vurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info