Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının daha bir ilk partiya təşkilatı “Təmiz Binəqədi” layihəsi çərçivəsində təmizlik aksiyası keçirib. Belə ki, YAP Binəqədi Rayon Təşkilatının Rəsulzadə qəsəbəsi Davudoğlu küçəsi 3 ünvanlı (20 saylı uşaq poliklinikası) ərazi ilk partiya təşkilatı tərəfindən “Təmiz Binəqədi” layihəsi çərçivəsində müxtəlif təmizlik işləri aparıldı. Müəssisənin həyətyanı sahəsində ağaclar budandı, ərazi qurumuş kollar təmizləndi, yaşıllıq zonasına əlavə gül kolları əkilərək ot örtüyü daha səliqəli vəziyyətə gətirildi. Ərazi kimyəvi vasitələrlə dezinfeksiya edildi. Agacların gövdələri əhəngləndikdən sonra körpələrin zövqünü oxşayacaq tərzdə müxtəlif rəsmlərlə bəzədildi. Pasient uşaqlar üçün agac kötüklərindən maraqlı oturacaqlar hazırlandı.
YAP Binəqədi Rayon Təşkilatı ərazi ilk partiya təşkilatının fəalları, həmçinin, poliklinikaya gələnlərə təbliğati məlumatlar da verdilər. Belə ki, “Təmiz Binəqədi” layihəsinin keçirilməsinin əhəmiyyəti qeyd olundu. Əhaliyə layihə ilə bağlı ətraflı məlumat verilərək bildirildi ki, “Təmiz Binəqədi” sosial layihəsi Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərovun müvafiq sərəncamına əsasən həyata keçirilir. Bu irihəcmli layihənin məqsədi 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarını Bakı şəhərində layiqincə keçirilməsini təmin etməkdir. Bu baxımdan hər bir Binəqədi sakinin “Təmiz Binəqədi” layihəsinin icrasında aktiv olmasının vacibliyi vurğulandı. Sonda iştirakçılar maarifləndirici təbliğat vasitələri paylanıldı.
Qeyd edək ki, “Təmiz Binəqədi” layihəsi çərçivəsində YAP Binəqədi Rayon Təşkilatı ərazi ilk partiya təşkilatları tərəfindən bu tip aksiyaların davam etdirilməsi nəzərdə tutulur.
Fuad
|