Bakıda İndoneziyanın müstəqillik günü qeyd edilib
Tarix: 18.08.2014 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Bakıda İndoneziya Respublikasının müstəqilliyinin 69-cu ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən səfir Prayono Atiyanto İndoneziyanın müstəqillik tarixi barədə məlumat verib. Diplomat bildirib ki, İndoneziya müstəqilliyini əldə etmək üçün uzun müddət mübarizə aparıb.
Səfir ötən müddət ərzində İndoneziya dövlətinin xeyli inkişaf etdiyini vurğulayıb. O deyib ki, vaxtilə Asiyanın geridə qalmış dövləti olan İndoneziya, bu gün artıq iqtisadi inkişafına görə dünyada öndə gedən ölkələrdən biridir: “İndoneziya hazırda 240 milyon əhalisi ilə dünyada ən böyük müsəlman dövlətidir. İndoneziya Azərbaycan da daxil olmaqla, digər ölkələrlə dostluq və əməkdaşlıq əlaqələrini gücləndirmək üçün aktiv, müstəqil xarici siyasət yeritməkdə davam edir”.
Diplomatın sözlərinə görə, Azərbaycanla İndoneziya arasında əlaqələr getdikcə inkişaf edir, iki ölkə arasında inam və hörməti qorumaq üçün daha artıq çalışmaq lazımdır: “Azərbaycanla İndoneziyanın siyasi əlaqələri yüksək səviyyədədir. Əlaqələrimiz həm beynəlxalq müstəvidə, həm də iqtisadi, turizm, investisiya, humanitar, mədəni sahələrdə davam etdirilir. Parlamentlər arasında da yaxşı münasibətlər mövcuddur. Ümid edirəm ki, İndoneziyanın müstəqilliyinin 69-cu ildönümü bu əlaqələrin gücləndirilməsi üçün mühüm imkan yaradacaq”.
İqtisadi münasibətlərdən danışan səfir qeyd edib ki, 2014-cü ilin ötən dövrü ərzində ölkələr arasında ticarət dövriyyəsinin həcmi 1,4 milyard dollar təşkil edib. Diplomat xatırladıb ki, ötən il ərzində iki ölkənin ticarət dövriyyəsinin həcmi 1,7 milyard olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.11.2020
Sağlamlıq imkanları məhdud şəxslər həmyaşıdları ilə birlikdə oxuyacaqlar
26.11.2020
Koreya səfirliyi məcburi köçkünlərə dəstək tədbirlərini genişləndirəcək
26.11.2020
Koronavirusa yoluxanlar ilk gündən həkimə müraciət etsinlər
25.11.2020
Müharibədə yaralanmış Elçin Səmədovun ailəsi üçün ev tikiləcək
25.11.2020
Dağlıq Qarabağın ingiliscə yazılış forması dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
2 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
3 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
4 Öküz ili bürclərə nə vəd edir?
5 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info