Hidayət Orucov Aytmatov İctimai Akademiyasının akademiki seçilib
Tarix: 18.08.2014 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov türk yaradıcılıq dünyasında böyük roluna, Qırğızıstan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin möhkəmləndirilməsində töhfələrinə və danılmaz xidmətlərinə görə Aytmatov İctimai Akademiyasının həqiqi üzvü seçilib.
Azərbaycanın Qırğızıstandakı səfirliyindən verilən məlumata görə, sessiyada çıxış edən Aytmatov İctimai Akademiyasının prezidenti, Qırğız Respublikasının Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Abdıldajan Akmataliyev deyib ki, Hidayət Orucov tanınmış şair, publisist, nasir və dramaturqdur: “Onun əsərləri bir çox dünya dillərinə tərcümə olunub. Səfir öz fəaliyyətində qırğız ədəbiyyatını, mədəniyyətini Azərbaycanda, Azərbaycan ədəbiyyatını, mədəniyyətini Qırğızıstanda geniş təbliğ edir”.
Qeyd edək ki, Aytmatov İctimai Akademiyası 1994-cü ildə böyük qırğız yazıçısı Çingiz Aytmatovun türk ədəbiyyatının irsinin saxlanılması və genişləndirilməsi məqsədilə yaradılıb. Akademiyanın iyirmi illik fəaliyyəti ərzində dörd ildən bir onun fəxri və həqiqi üzvləri - görkəmli yazıçılar, dramaturqlar, şairlər, filosoflar, tarixçilər, aktyorlar, rejissorlar, dilçilər, professorlar və elmlər doktorları seçilirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Əli Əsədovdan dövlət ümumtəhsil məktəbləri ilə bağlı qərar
06.12.2019
Vilayət Eyvazov Dövlət Yol Polisi barədə göstəriş verdi
05.12.2019
DİN vakant post-patrul xidmətinə qəbulla əlaqədar müsabiqə elan edir
05.12.2019
Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub
05.12.2019
Tanınmış jurnalistə futbol klubunda vəzifə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
3 Səbinə Əliyeva ombudsman seçildi
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info