“Rossiya 1“ telekanalında Azərbaycana dair süjet hazırlanıb
Tarix: 18.08.2014 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


"Rossiya 1" telekanalı Azərbaycanın Quba və Xaçmaz rayonlarından kənd təsərrüfatı məhsullarının Rusiya bazarına tədarük edilməsi imkanlarına həsr edilmiş veriliş hazırlayıb. Jurnalist Əzəmət Salihovun hazırladığı veriliş avqustun 17-də "Rossiya 1" telekanalı vasitəsilə nümayiş etdirilib.
Müəllif təqribən 5 dəqiqəlik verilişi bu sözlərlə başlayır: "Pomidor, şaftalı, gavalı, həmçinin onlarla meyvə və tərəvəzin necə yetişdirildiyini görmək üçün Azərbaycan rayonuna yola düşürük. Burada şaftalını çox qədim zamanlardan yetişdirirlər, plantasiyalar isə minlərlə hektar ərazini əhatə edir. Buradan Bakıya məsafə çox olsa da, Rusiya sərhədinə cəmi 20 kilometr məsafə var. Buna görə də yerli kəndlilər artıq yeni perspektivli bazarın mənimsənilməsinə hazırlaşırlar və hətta şaftalının tədarük edilməsi üçün rus dilində məhsul növünün və istehsalçının nömrəsinin qeyd edildiyi yeni qablaşdırma hazırlayıblar".
Verilişdə kənd təsərrüfatı məhsullarının istehsalçıları ilə müsahibə, eləcə də Qafqaz Konserv Zavodundan reportaj yer alıb.
Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsalçıları hazırda Rusiya bazarına kortəbii şəkildə gətirilən şaftalı, armud və pomidorun ixracı üçün hazır olduqlarını ifadə ediblər.
Jurnalist Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarında itirilmiş mövqeyini bərpa edəcəyinə ümid etdiyini bildirib.
Onun sözlərinə görə, bununla əlaqədar kənd təsərrüfatı məhsullarının saxlanılması üçün logistik mərkəzlərin yaradılması məqsədilə Azərbaycana investisiyaların yatırılması planlaşdırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Əli Əsədovdan dövlət ümumtəhsil məktəbləri ilə bağlı qərar
06.12.2019
Vilayət Eyvazov Dövlət Yol Polisi barədə göstəriş verdi
05.12.2019
DİN vakant post-patrul xidmətinə qəbulla əlaqədar müsabiqə elan edir
05.12.2019
Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub
05.12.2019
Tanınmış jurnalistə futbol klubunda vəzifə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
5 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info