ƏƏSMN işəgötürənləri yeni sistemdən istifadə qaydaları barədə məlumatlandırıb
Tarix: 18.08.2014 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən (EİS) istifadə qaydaları barədə "Açıq qapı" günü-vətəndaş forumu çərçivəsində məlumatlandırma tədbirlərini avqustun 18-də Quba şəhərində davam etdirib. Tədbirdə Sumqayıt şəhərinin, Quba, Xacmaz, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının işəgötürənlərinə əmək müqaviləsi bildirişinin EİS-də qeydiyyatdan keçirilməsini nəzərdə tutan yeni islahat tədbiri barədə geniş məlumatlar verilib. Bildirilib ki, Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, əmək müqavilələrinin müvafiq bildiriş formasında EİS-də qeydiyyatdan keçirilməsi prosesinə başlanması işçilərin, eləcə də işəgötürənlərin hüquqlarının daha səmərəli müdafiəsinə yönəlib. Bu proses əmək müqavilələrində əksini tapan, həm işçiyə, həm də işəgötürənə aid hüquqların qarşılıqlı təminatına çevik və obyektiv dövlət nəzarətinin həyata keçirilməsinə, qeyri-leqal əməyin qarşısının alınmasına, işçilərin gələcək sosial təminat hüququna malik olmalarına şərait yaradır. Qeyd olunub ki, Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı EİS-ə daxil edilmiş bildiriş bu sistemdə qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat verildikdən sonra hüquqi qüvvəyə minir. Bildirişlərin qeydiyyata alınması bir iş günü ərzində həyata keçirilir və işəgötürənə elektron qaydada məlumat verilir. Məcəllənin 12-ci maddəsi əmək müqaviləsi bildirişinin EİS-ə daxil edilməsini işəgötürənlərin vəzifələrindən biri kimi müəyyən edir və bu vəzifəni yerinə yetirməkdən yayınan işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun şəkildə cəza tədbirləri görüləcək. Tədbirdə əmək müqaviləsi bildirişinin gücləndirilmiş imza sertifikatları vasitəsilə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən EİS-ə daxil edilməsi və qeydiyyata alınması, bu barədə işəgötürənə məlumat verilməsi prosedurları əyani şəkildə nümayiş etdirilib. İşəgötürənlərin ayrı-ayrı sualları da cavablandırılaraq, bu prosesdə işəgötürənlərə əməli köməklik göstərilməsi məqsədi ilə ölkənin bütün bölgələrində “Yardımçı masaları”nın fəaliyyət göstərdiyi bildirilib. Həmçinin EİS ilə bağlı metodik göstərişlər və sistemdən istifadəyə dair müvafiq yardımçı materialların ƏƏSMN-nin rəsmi internet saytında (www.mlspp.gov.az) yerləşdirildiyi, Nazirliyin “142 Çağrı mərkəzi”nin də müvafiq məlumatlandırma funksiyalarını yerinə yetirdiyi qeyd olunub.

İlkin




 
Bölməyə aid digər xəbərlər
03.12.2020
Azərbaycanda Uşaq Məcəlləsi hazırlanacaq
03.12.2020
İşğaldan azad olunan rayonlarda “Hədiyyə karvanı” layihəsi həyata keçiriləcək
01.12.2020
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı
30.11.2020
Nazirlik qazi Kənanı himayəsinə götürdü, anasını isə işlə təmin etdi
30.11.2020
Daha 107 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12128

1 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
2 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
3 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
4 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
5 Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info