Bitki yağlarını necə seçməli?
Tarix: 18.08.2014 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, bitki yağları müxtəlif vitaminlər, zülallar, karbohidratlar, turşu və digər faydalı maddələrlə zəngindirlər. Onların tərkibində xlorogen, limon turşuları, fitin, olein və yağ turşuları, efir yağları və s. var. Bütün bunlar bitki yağlarını balanslaşdırılmış qida rasionumuzun ayrılmaz hissəsinə çevirir. Bitki yağlarının bir çox növləri, günəbaxan, qarğıdalı, zeytun və s. gündəlik qidamızda geniş istifadə edilir. Onlardan düzgün istifadə edilməsi orqanizmin sağlamlığına və artıq çəkinin azaldılmasına kömək edir. Onların qida dəyəri tərkibindəki əvəzedilməyən yağ turşularının miqdarından asılıdır. Rafinə edilmiş bitki yağlarını bir-birindən fərqləndirmək çox çətindir. Bunlar dadsız, iysiz, rəngsiz, sudan yüngül olan bir-birindən fərqlənməyən yağ kütləsi olacaq. Rafinasiya yağın müxtəlif çirklənmələrdən, pestisid qalıqlarından və digər zərərli qatışıqlardan təmizlənməsi prosesidir. Bu zaman yağ emal edilərək onun tərkibində olan sərbəst yağ turşuları və fosfolipidlər kənarlaşdırılır, yağ laylara ayrılır və təmizlənmiş yağ yuxarı qalxır. Daha sonra o yenidən yuyulur və filtrə edilir. Bu emal nəticəsində yağ təmizlənir və demək olar ki, dadını və qoxusunu itirir.
Rafinə olunmuş yağ istifadə üçün daha xoşdur. Belə ki, bu zaman onda kəskin spesifik iy olmur. Lakin rafinə olunmamış bitki yağı orqanizmə daha faydalıdır, çünki onun tərkibində bir çox vitaminlər iştirak edir. Bəzi istehlakçılar məhz spesifik qoxusu və dadı olan rafinə olunmamış bitki yağlarından istifadəyə üstünlük verirlər. Qeyd etməliyik ki, rafinə olunmamış yağ daha uzun müddətə saxlanıla bilər.
Nəzərə almaq lazımdır ki, yağın tərkibində az da olsa zərərli maddələrin mövcud olması və insan orqanizmində yığılması, zamanla müxtəlif xəstəliklərə yol aça bilər. Lakin yağların tərkibində insan orqanizminə xeyir verən, bəzi xəstələr üçün məsləhətli olan vitaminlər də var. Məsələn günəbaxan yağı immunitetin saxlanılması və qan dövranı üçün, zeytun yağı həzm prosesi pozulmuş, qara ciyər və ürək xəstəlikləri, beynin fəaliyyəti və mədə köpü problemi olan insanlar üçün xeyirlidir.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bildirir ki, hər bir istehlakçı bilməlidir ki, qablaşdırılmamış bitki yağlarının istifadəsi təhlükəlidir. Bir qayda olaraq bu yağlar çəlləklərdə üzərində məhsul haqqında heç bir məlumat əks olunmadan realizə olunur. Ona görə də bitki yağlarını alarkən ilk öncə onların qablaşdırılmasına, istehsal tarixinə, yararlılıq müddətinə, həmçinin məhsulun istifadə təyinatına diqqət yetirilməlidir. Hətta qablaşdırılmış bitki yağlarını alarkən diqqətli olmaq vacibdir. Belə ki, bitki yağlarını seçərkən butulkada çöküntünün olub-olmamasına diqqət yetirilməlidir. Çöküntünün olması yağda oksidləşmənin olmasının göstəricisidir. Belə məhsullarda acı tam olur və isitmə zamanı köpüklənir.
Bitki yağlarının üzərində “xolesterinsizdir” yazısına aldanmayın. Bəzi istehsalçıların bu məlumatı malın üzərində yerləşdirməsinə baxmayaraq bilin ki, bu qatqı bitki yağlarının tərkibində heç bir halda mövcud olmur.
Bu qəbildən olan yağları işıq şüalarının altında və istidə saxlamaq olmaz. Havadakı oksigen, rütubət və işıq bitki yağlarının korlanmasına səbəb olan əsas amillərdir. O üzdən onları işıq düşməyən, otaq temperaturunda nəmdən uzaq və ağzı bağlı qablarda və soyuducuda saxlamaq məsləhətdir.
Bitki yağlarının istifadə və saxlanma müddəti əsasən istehsalçı tərəfindən təyin edilir. Rafinə olunmamış əla növ bitki yağlarını 12 ay, rafinə olunmuş birinci növ yağları isə 18 ay saxlamaq olar. Saxlama zamanı mütləq istifadə tarixinə diqqət yetirilməlidir. Bu qəbildən olan məhsulların az həcmdə alınıb istifadəsi daha məqbuldur. Nəzərə alın ki, bitki yağlarının təkrar istifadəsi qadağandır. Belə ki, məişətdə hər hansı qidanın hazırlanmasında istifadə olunan bitki yağının digər yeməklərin bişirilməsində yenidən istifadəsi yolverilməzdir. Bu halda onun tərkibində yaranan maddələr insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.

Yazını hazırladı: Qorqud




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
20 gün müntəzəm balqabaq yedi- Eksperimentin nəticəsi şoka saldı
16.11.2019
Xərçəng xəstəliyini 5 il əvvəldən xəbər verən əlamətlər
16.11.2019
Avropa Uroloji Dərnəyinin üzvü: Azərbaycanda uroonkologiya sahəsində çatışmazlığın olduğunu demək olmaz
16.11.2019
Milli Onkologiya Mərkəzinin direktor müavini: Azərbaycanda xərçəngdən ölənlərin sayı artıb
15.11.2019
Xərçəngi yox edən yeni üsul tapılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
4 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
5 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info