Azərbaycanlı rəssam Ərdoğan üçün tablolar çəkəcək
Tarix: 18.08.2014 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Türkiyənin İstanbul şəhərində yaşayan azərbaycanlı rəssam-heykəltəraş Sənan Eynullayev Türkiyə baş naziri və yeni seçilmiş prezident Rəcəb Tayyib Ərdoğana tablolar çəkəcək. Bir neçə gün əvvəl özünə yaxın “Türkmedia” yayım qrupunun binasını gəzən Ərdoğan, baş direktorun otağında azərbaycanlı rəssam Sənan Eynullayevin çəkdiyi 5 metrlik İstanbul mənzərəsini görərək çox bəyəndiyini deyib və özü üçün o tablonun daha geniş ölçüdə olanını və həmçinin, S.Eynullayevin başqa əsərlərini istəyib. Ədalət və İnkişaf Partiyasının sənət və reklam işləriylə məşğul olan şəxs Sənan Eynullayevlə görüşəcək və Ərdoğanın istədiyi əsərlərin ölçüləri müəyyənləşdirilərək işə başlanacaq. S.Eynullayevin Ərdoğan üçün 10-a yaxın yağlı boya tablosu çəkməsi gözlənilir. 1956-cı ildə Bakıda anadan olan plastik sənətlər ustası Sənan Eynullayev Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini və Ə.Hüseynzadə adına İncəsənət Universitetini bitirib. Bir müddət N.Tusi adına Pedaqoji Universitetdə çalışan S.Eynullayev 1990-cı illərin əvvəllərindən etibarən yaradıcılıq işlərini Türkiyədə davam etdirir. İndiyə qədər onun Türkiyədə 50-yə yaxın fərdi sərgisi açılıb, sənətkar Hollandiya və Yaponiyadakı sənət qalereyaları ilə daimi əməkdaşlıq edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
01.12.2020
Azərbaycan Prezidenti: Otuz il ərzində yığdıqları texnikanı 44 gün ərzində məhv etdik
01.12.2020
Prezident İlham Əliyev Ermənistanın məhv edilmiş və qənimət götürülmüş texnikalarının tam siyahısını açıqlayıb
01.12.2020
Prezident İlham Əliyev: Ermənistan ya tamamilə məhv olacaqdı, ya da ki, imzalayacaqdı, başqasının buna nə dəxli var?
01.12.2020
Prezident İlham Əliyev: Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək
01.12.2020
Azərbaycan Prezidenti: Həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, razılaşma ola bilməz

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12008

1 “Ezo gəlin” şorbası necə bişirilir?
2 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
3 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
4 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
5 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info