İranda güclü zəlzələ baş verib, 80 nəfər xəsarət alıb
Tarix: 18.08.2014 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


İranın qərbindəki İlam əyalətinin Abdanan vilayətinin Mormori şəhərində 6,2 bal gücündə zəlzələ baş verib. Bu barədə IRINN telekanalı məlumat verib.
Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ avqustun 18-də yerli vaxtla saat 07:02-də qeydə alınıb.
Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində olub.
İlkin məlumata görə, zəlzələ nəticəsində 80 nəfər xəsarət alıb. Məlumata görə, zəlzələ bölgəsində olan evlərin 50 faizi zərər çəkib.
Fars agentliyinin məlumatına görə, xəsarət alan 80 nəfərdən 59-u artıq evə buraxılıb. Zəlzələ nəticəsində kəndlərə su, elektrik enerjisinin verilişində problem yaranıb.
Abdanan vilayətinin valisi Məcid Əsgəri deyib ki, zəlzələ nəticəsində Mormori şəhərinin infrastrukturunun 70-80 faizi zədələnib. Onun sözlərinə görə, güclü zəlzələdən sonra 30 xırda zəlzələlər qeydə alınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2019
Vaşinqtonda erməni deputatlar sual atəşinə tutuldu
15.11.2019
ABŞ-da yeniyetmə məktəbdə silahlı insident törədib, ölənlər var
15.11.2019
“Sülh çeşməsi” hərəkatı bölgəsində PKK/YPG-yə məxsus antitank mina anbarı aşkarlandı
14.11.2019
Ağ Evdə Türkiyə və ABŞ Prezidentləri mətbuat konfransı keçiriblər
14.11.2019
Ərdoğandan ABŞ senatorlarına cavab: “Kürdlər başqa, terrorçular başqadır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Prezidentdən Bayraq Günü paylaşımı - Video
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info