Gənclər Avropa Oyunlarını təbliğ edir
Tarix: 18.08.2014 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin əməkdaşı Həzrət Qonaqovun “Avrolimp düşərgəsi” adlı fərdi layihəsi çərçivəsində gənclər üçün Qubada düşərgə təşkil olunub. Düşərgədə qızlar və oğlanlardan ibarət 16 nəfərlik gənclər heyəti iştirak edib. İki gün müddətində davam edən düşərgə Bakı-2015 ilk Avropa Oyunlarının təbliğatına həsr edilib və gənclər auditoriyasına bu haqda informativ xidmət göstərməyi özündə ehtiva edir.Layihə direktorunun verdiyi məlumata görə, "Avrolimp düşərgəsi"nin başlıca məqsədi dövlətimizin ev sahibliyi etdiyi ilk Avropa Oyunlarının gənclər arasında təbliğatıdır. Düşərgədə gənclər üçün Olimpiya oyunları, eləcə də ilk Avropa Oyunları ilə bağlı təqdimatlar nümayiş edilib. Layihə direktoru ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin mühüm tarixi əhəmiyətindən bəhs edib və bu böyük oyunlar barədə vacib statistik göstəriciləri iştirakçılara çatdırıb. Düşərgə müddətində olimpiya oyunları ilə bağlı müxtəlif video-çarxlar da izlənilib.

Kampın son günü isə layihənin iştirakçıları xüsusi sertifikatlarla və təşəkkürnamələrlə mükafatlandırılıblar və düşərgə həyatından fotolar çəkilib. Xatırladaq ki, proyekt Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun V qrant müsabiqəsi çərçivəsində “C” kateqoriyası (fiziki şəxs layihələri) üzrə qalib olub.

Qorqud





 
Bölməyə aid digər xəbərlər
26.11.2020
Koreya səfirliyi məcburi köçkünlərə dəstək tədbirlərini genişləndirəcək
26.11.2020
Koronavirusa yoluxanlar ilk gündən həkimə müraciət etsinlər
25.11.2020
Müharibədə yaralanmış Elçin Səmədovun ailəsi üçün ev tikiləcək
25.11.2020
Dağlıq Qarabağın ingiliscə yazılış forması dəyişdirilir
25.11.2020
Nazirlik səfərbərlik üzrə hərbi xidmətə çağırılan tələbələrlə bağlı qərar verdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
2 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
3 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
4 Öküz ili bürclərə nə vəd edir?
5 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info