Rusiya Gürcüstan məhsullarına yeni embarqo tətbiq edə bilər
Tarix: 18.08.2014 | Saat: 21:18:00 | E-mail | Çapa göndər


Rusiya tərəfindən Gürcüstan istehsalı olan məhsullara qarşı yeni embarqo gözlənilir.
“Qruziya online” saytının məlumatına görə, bu barədə Gürcüstanın xarici işlər naziri Maya Pancikidze bildirib.
Onun sözlərinə görə, Rusiya ilə iqtisadi münasibətləri yaxşılaşdırmaq üçün rəsmi Tbilisi yetərincə addımlar atıb: “Gürcüstan ticarət münasibətlərinin bərpası üçün yetərincə çox şey edib. Bu, Abaşidze-Karasin formatının uğurudur. Tədricən Rusiya bazarı Gürcüstan məhsulları üçün açıldı. Lakin yeni embarqo da istisna olunmur. Biz 2006-cı ildə bu təcrübəni yaşamışıq. Onda bizim məhsullarımız illərlə Rusiya bazarına çıxa bilmirdi. Əgər hər şey təkrarlansa, biz bunu qəbul edəcək və yeni vəziyyətə görə hərəkət edəcəyik”.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Roman Xudyakov baş nazir Dmitri Medvedevin ünvanına müraciət hazırlayıb. Müraciətdə Rusiyanın gömrük qadağası tətbiq etdiyi ölkələrin siyahısını artırmaq, bu siyahıya Ukrayna, Moldova və Gürcüstanı da daxil etmək təklif edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
10.11.2019
“Hesabat baş nazir Nikol Paşinyandan sorulmalıdır”.
09.11.2019
İqtisadçı: “Erməni işsizlər ölkəni tərk etməkdə davam edirlər“
09.11.2019
Suren Sarkisyan: “Tramp erməniləri yenə məyus etdi”
08.11.2019
Ermənistan Gürcüstanın işğal olunmuş bölgəsindən Azərbaycan hərbçilərini atəşə tutmağa hazırlaşır
08.11.2019
“Rusiya bütün tərəfdaşlarına silah satır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 Prezidentdən Bayraq Günü paylaşımı - Video
5 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info