ARGTMŞ sərhədçilərin peşə bayramı münasibəti ilə cəbhə bölgəsində əsgərlərlə görüşüb
Tarix: 18.08.2014 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) nümayəndə heyəti “18 avqust – Azərbaycan Respublikası Dövlət Sərhəd Qoşunları Əməkdaşlarının Peşə Bayramı” münasibəti ilə cəbhə bölgəsində yerləşən, Fizuli rayonunun “N” saylı hərbi hissəsində əsgərlərlə görüşüb. ARGTMŞ nümayəndə heyətinin tərkibində təşkilatın əməkdaşları, ARGTMŞ-a üzv olan bir sıra gənclər təşkilatlarının rəhbərləri və fəal gənclər iştirak ediblər. Hər il mütəmadi olaraq ARGTMŞ tərəfindən üzvləri ilə birlikdə təşkil olunan əsgərlərlə görüşün məqsədi üzv təşkilatların gənc liderləri arasında vətənpərvərlik hisslərinin yüksəldilməsi, əsgərlərə mənəvi dəstək olunması və xidmət zamanı ruh yüksəkliyinin artırılmasıdır.
Tədbir çərçivəsində ARGTMŞ nümayəndə heyəti əvvəlcə gənc hərbi qulluqçuların andiçmə mərasimində iştirak edib. Andiçmə mərasimində çıxış edən ARGTMŞ-nın sədri Şahin Seyidzadə hərbi qulluqçuları və onların valideynlərini üzərlərinə götürdükləri bu çətin, şərəfli vəzifəyə görə təbrik edib, Azərbaycan gənclərinin ölkə sərhədlərinin təhlükəsizliyindən əmin olduğunu və təhlükəsiz şəraitdə hər gün daha böyük uğurlar əldə etdiyini vurğulayıb.
Tədbir xidmət zamanı yüksək nizam-intizam və fəallığı ilə seçilən hərbi qulluqçuların ARGTMŞ tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılması və fəxri fərmanla təltif olunması ilə davam edib.
Daha sonra ARGTMŞ nümayəndə heyəti sözü gedən hərbi hissənin rəhbərliyinin müşayiəti ilə hərbi hissədə hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olmaq imkanı əldə ediblər. Hərbi hissə ilə tanışlıq zamanı hərbi hissə rəhbərliyi tərəfindən ARGTMŞ nümayəndə heyətinə hərbi hissədə hərbi qulluqçular üçün yaradılmış şərait haqqında ətraflı məlumat verilib, əyani şəkildə nümayiş etdirilib və onların sualları cavablandırılıb. ARGTMŞ nümayəndə heyəti tərəfindən bu istiqamətdə görülmüş işlər və əldə olunmuş nailiyyətlər yüksək qiymətləndirilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
16.11.2019
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16.11.2019
Vilayət Eyvazovdan Bakı polisində mühüm vəzifəyə yeni təyinat
16.11.2019
Məşhur yumorist Maksim Qalkinin Heydər Əliyev Mərkəzində yaradıcılıq axşamı olub
15.11.2019
Xalq Cəbhəsində Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi toplaşmışdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info