Ağdamda yeni arxeoloji materiallar aşkar edilib
Tarix: 18.08.2014 | Saat: 21:42:00 | E-mail | Çapa göndər


Ağdam rayonunun cəbhə xəttində yerləşən Mirəşelli kəndi yaxınlığındakı “Palıdlı” nekropolunda qazıntılar zamanı yeni arxeoloji materiallar aşkar edilib.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Qarabağ ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərov bildirib ki, “Palıdlı” nekropolunda tədqiqatlar 2009-cu ildən başlanıb. Heç bir yerüstü əlamətə malik olmayan nekropolda indiyədək 22 qəbir açılıb. Eramızdan əvvəl XII-XI əsrlərə aid torpaq qəbirlərdə çoxlu miqdarda saxsı qablar, küplər, sərnic, bardaq, cam, nehrə, bəzək əşyaları (qolbaqlar, üzüklər, sırğalar, mindən artıq əqiq, Misir pastası, şüşə və tuncdan muncuqlar) aşkar edilib. Ölülər sol və ya sağ yanı üstə bükülü vəziyyətdə dəfn olunublar.
Bu il aparılan tədqiqatlar zamanı nekropolda daha 4 qəbir açılıb. Qəbirlərdən ikisi hələ öz dövründə talan edilib, ikisi isə salamatdır. Qəbirlərdə ölülər başı qərb, ayaqları şərq istiqamətə olmaqla, sağ yanı üstə bükülü vəziyyətdə dəfn olunublar. Skletlərin ətrafında 10-a qədər müxtəlif tip keramika nümunələri – küpə, kuzə, sərnic, cam və sair var. Qablardan birinin içərisində heyvan fiqurunu xatırladan qara rənglə şəkillər çəkilib. Digər qabların üzəri çərtmə üsulu ilə çəkilmiş naxışlarla örtülüdür. Aşkar edilən maraqlı tapıntılardan biri də ölünün belindəki kəmər və ona bağlanmış dəmir xəncərdir.
Tapıntılar nekropolda müxtəlif sosial təbəqədən olan insanların dəfn olunduğunu, qazıntı aparılan ərazidə son tunc və ilk dəmir dövründə (eramızdan əvvəl XII-XI əsrlər) davamlı yaşayış olduğunu, sənətkarlığın müxtəlif sahələrinin, dulusçuluğun, inkişafını, Qarabağ əhalisinin dəmirdən istifadə etdiyini göstərir.
Qarabağ arxeoloji ekspedisiyası tərəfindən “Palıdlı” nekropolu ilə yanaşı, Ağdam rayonu ərazisindəki Kəlbəhüseyn, Namazalı, Leylatəpə, İsmayıltəpə, Şomulutəpə, Bənövşələr təpəsi, Ağcabədi rayonunun Taynaq kəndi ərazisindəki Salamattəpə eneolid dövrü yaşayış yerlərində də tədqiqat işləri aparılıb.
Qarabağda aparılan arxeoloji qazıntılar həm qədim tariximizin öyrənilməsi baxımından, həm də Qarabağ tarixini özününküləşdirməyə çalışan ermənilərə cavab baxımından əhəmiyyətlidir.
Arxeoloji tədqiqatlar sentyabrın əvvəllərinədək davam edəcəkdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
11.11.2019
M.Ə.Sabirin “Hophopnamə” kitabının audio versiyası hazırlanıb
11.11.2019
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11.11.2019
Bakıda rusiyalı şairənin imza günü keçirilib
11.11.2019
“Müqəddəs Azərbaycan bayrağı” adlı musiqili ədəbi-bədii gecə təşkil edilib
10.11.2019
Lənkəran Dövlət Dram Teatrı Lerikdə qastrolda olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 Prezidentdən Bayraq Günü paylaşımı - Video


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info