“İrəli”yə yeni üzvlüklə bağlı prosedurlar başlanılıb”
Tarix: 19.08.2014 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Mirhəsən Seyidov:”Üzvlük qaydaları tamamilə dəyişdiriləcək, yeni üzvlər üçün bir sıra yeni fəaliyyətlər nəzərdə tutulub”

Müsahibimiz “İrəli”İctimai Birliyinin sədri Mirhəsən Seyidovdur.
- “İrəli” İctimai Birliyinin bugünkü fəaliyyəti haqqında nələr deyə bilərsiniz?
- Hazırda “İrəli” İctimai Birliyində əsas etibarilə struktur dəyişiklikləri və texniki işlər həyata keçirilir. Bildiyiniz kimi, təşkilat yeni ofisə köçüb. Bu günlərdə ofisin təmir işləri davam edir. Həmçinin artıq təşkilatın katibliyinin formalaşdırılması prosesi təmamilə yekunlaşıb. Buna uyğun olaraq təşkilatda katiblik strukturu yaradılıb.
Digər işlərimizdən isə təşkilat yeni logosunun hazırlanması üçün işə başlayıb. Bu istiqamətdə fəaliyyətlər davam edir. Bununla yanaşı daha bir dəyişiklik təşkilatın saytında olacaq. Onun üzərində də işlər davam etdirilir. Sayt bütünlüklə dəyişir, onun bir sıra yeniliklərlə sentyabr ayına kimi təhvil verilməsi gözlənilir. Eyni zamanda təşkilata yeni üzvlüklə bağlı da prosedurlara artıq başlanılıb, üzvlük qaydaları demək olar ki, tamamilə dəyişdiriləcək. Yeni üzvlər üçün bir sıra yeni fəaliyyətlər də nəzərdə tutulub.
Təşkilatın son iki aylıq fəaliyyətinə həmçinin prioritet olan digər bir məsələ isə beynəlxalq və yerli təşkilatlarla tərəfdaşlıq prosedurudur. Bu istiqamətdə də artıq fəaliyyətə başlanılıb. Həm yerli, həm də beynəlxalq qurumların bir çoxu ilə yeni əlaqələr qurulub, mövcud əlqələrin inkişafı üçün addımlar atılıb.
Bunlarla yanaşı təşkilat artıq bir neçə sosial kampaniyaya start verib. Əsasən son həftələrdə cəbhə xəttində baş verən hadisələrlə əlaqədar olan sosial kampaniyalara minlərlə gənc qoşulub.
Bildirim ki, bütün bunlar sentyabr ayında başlayacaq böyük layihə və fəaliyyətlərimizin ilkin başlanğıcıdır. Artıq düşündüyümüz bir neçə geniş miqyaslı layihələrimiz var ki, hazırda bu layihələrin təşkilati mərhələləri gerçəkləşdirilir. Sözügedən layihələrin əsas məqsədi gənclərimizin bir çox sahədə xüsusilə siyasi biliklərinin artırılmasında, qərarqəbuletmə proseslərində yaxından iştirakını təmin etmək, onları bu proseslərə cəlb etməkdir.
- “İrəli”nin məqsədi və qərarları Azərbaycan gəncliyinin hansı maraqlarına yönəlir?
- Ümumiyyətlə gəlin, ilk olaraq günümüzdəki Azərbaycan gəncliyinin maraq dairəsinə baxaq. Bu zaman görmüş olarıq ki, hazırda gənclərimizin maraq dairəsi olduqca genişdir, istər siyasət, istər elm, istər idman, mədəniyyət və onlarla bu cür istiqamətlərdə olan sahələr. Və ən əsas isə bu gün Azərbaycan gəncliyi düzgün inkişaf yolu və keyfiyyət axtarışındadır. Biz də “İrəli” İctimai Birliyi olaraq bütün qərarlarımızı, məqsədlərimizi və fəaliyyətlətlərimizi gənclərin həmin maraq dairələrinə uyğun olaraq istiqamətləndirmişik. Bu gün “İrəli” İctimai Birliyinin fəaliyyətinə nəzər yetirdikdə həm bir-birilə sıx əlaqəli, həm də bir-birindən tamamilə fərqli layihələrin həyata keçirildiyini şahidi oluruq. Bütün fəaliyyətlərimizin əsas oxşarlığı gənclərə axtardıqlarını, yəni sağlam inkişafa yönəlmiş keyfiyyəti təqdim etməkdədir. Buna görə də çox rahat şəkildə deyə bilərəm ki, bu gün “İrəli” İctimai Birliyinin məqsəd və qərarları Azərbaycan gəncliyinin sağlam inkişafına yönəlmiş bütün maraqlarını əhatə edir.
- Azərbaycan gəncliyinin perspektivlərini və prioritetlərini necə izah edərdiniz?
- Bir gənc və gənclər təşkilatının sədri olaraq deyə bilərəm ki, Azərbaycan gəncliyi son 10 ildə sürətli inkişaf edən, maraq dairəsi geniş olan bir gənclikdir. Bunlar təbii olaraq gənclərimizin perspektivlərini artırır. Həmçinin bu gün gənclərimizin prioritetləri artıq dəyişib. Əgər bir neçə il bundan öncə gənclərimiz tamam başqa məsələləri özlərinə əsas prioritet kimi nəzərdə tutmuşdularsa, bu gün gənclərimizin əsas prioritet məsələləri düzgün təhsil almaq, dünyanın hər yerində Azərbaycan adına müxtəlif fəaliyyətlər reallaşdırmaqdır. Ölkəmizin 20 ildən çoxdur yaşadığı hadisələrin dünya ictimaiyyətinə və dünyaya düzgün şəkildə çatdırılması məsələsi də gördüyüm qədərilə, gənclərimizin əsas prioritetlərinə çevrilib. Çünki artıq gənclərimiz daha aydın şəkildə anlayırlar ki, bu müharibəni yüksək hərbi texnologiyalarımız, güclü ordumuz olsa belə, qan tökmədən, danışıqlar və ən əsası, Azərbaycan gerçəklərinin dünyaya düzgün şəkildə çatdırılması ilə qazanmaq lazımdır.
- Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə gənclərin iştirakını necə qiymətləndirirsiniz?
- Bu məsələdə mənim hər zaman diqqət yetirdiyim bir nüans var, bu gün Azərbaycanda keçirilən, istər gənclərlə əlaqədar olsun, istər digər yöndə olan tədbirlər kifayət qədər yüksək səviyyədə keçirilir. Həmin tədbirlərin reallaşmasında ən xırda detaldan tutmuş, ən böyük prosedurlara kimi bütün işi öz vətəndaşlarımız, azərbaycanlılarımız həyata keçirir. Təbii olaraq bu, olduqca sevindirici haldır. Həmçinin gənclərlə bağlı reallaşan tədbirlərdə də bu özünü göstərir. Hazırda Azərbaycan bir neçə beynəlxalq layihəyə ev sahibliyi etməyə hazırlşır. 2015-ci ildə ev sahibliyi edəcəyimiz Bakı Avropa Oyunları, 2016-cı ildə Gəncə şəhərinin “Avropa Gənclər Şəhəri”nə çevrilməsi, 2017-ci ildə ev sahibliyi edəcəyimiz 41-ci dünya Skautlar Konfransı və sair bu kimi bütün tədbirlərin reallaşmasında həm işçi heyəti, həm də tədbirlərdə iştirak edəcək könüllü gənclərin gərgin fəaliyyəti nəticəsində, həmin tədbirlər problemsiz və yüksək səviyyədə keçirilir. Bunlar təbii olaraq bugünkü gənclərimizin yüksək xarici dil bilgiləri, Azərbaycan tarixini və mədəniyyətini yaxşı şəkildə mənimsəməsindən irəli gəlir.
- Sonda gəncliyimizin dövlətçilik ənənələrinə diqqətini necə səciyyələndirə bilərsiniz?
- Azərbaycan Respublikası yüksək dövlətçilik ənənənəsinə sahib, dərin tarixə malik bir ölkədir. Təbii olaraq biz gənclərin əsas vətəndaşlıq borcu məhz bu ənənələrə sahib çıxmaq, həmin ənənələrə sadiq qalaraq, onları bizdən sonrakı nəsillərə də ötürməkdir. Gəncliyimizin dövlətçilik ənənələrinə diqqətini onların fəaliyyətlərinə diqqət yetirəndə görmüş oluruq. Bildiyiniz kimi, “İrəli” İctiami Birliyi gənclərə onların ideya və təkliflərini reallaşdırmaq üçün geniş imkanlar yaradır. Bizə müraciət edən və öz layihələrinin reallaşmasında yardm istəyən gənclərin bir çoxunun fəaliyyətlərində də müşahidə edirik ki, gənclərimiz bu gün dövlətçilik ənənələrinə yüksək dəyər verir və həyata keçirmək istədiyi layihələrin bir çoxu da məhz bu ənənələrin təbliğinə, onların dünyaya çatdırılmaısna yönəldilib. Məhz bu səbəbdən deyə bilərəm ki, gənclərimizin dövlətçilik ənənələrinə diqqəti kifayət qədər yüksək səviyyədədir.
Xəyalə GÜNƏŞ





 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info