“Neftçi“nin rəqibi ciddi itki ilə üzləşdi
Tarix: 19.08.2014 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


Avropa Liqasının pley-off mərhələsində "Neftçi"nin rəqibi olan "Partizan" klubu ciddi itki ilə üzləşib.
Serbiya mətbuatının verdiyi məlumata görə, Belqrad təmsilçisinin müdafiəçisi Vladimir Volkovun "Neftçi" ilə görüşdə meydana çıxmayacağı dəqiqləşib.
Serbiya çempionatının son turunda "Radniçki Nis" klubu ilə matçın (4:1) ilk hissəsində zədələnən futbolçu oyunu davam etdirə bilməmişdi. Klubun həkimi Rosiç monteneqrolu futbolçunun ən azı 7-9 gün istirahət etməli olduğunu bildirib:
"Volkovun zədəsi ciddi deyil. Ancaq pis xəbər odur ki, futbolçu ən azı 7-9 gün istirahət etməlidir. Bu isə o deməkdir ki, 28 yaşlı futbolçu "Neftçi" ilə ilk görüşdə iştirak edə bilməyəcək". Qeyd edək ki, "Partizan" - "Neftçi" oyunu avqustun 21-də, Bakı vaxtı ilə saat 23:15-də keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
UEFA Avropa Liqasının bütün yarımfinalçıları məlum olub
19.04.2019
Futbol üzrə Şotlandiya millisinin baş məşqçisi istefa verib
19.04.2019
Ronaldo gələn il Turin klubundan ayrıla bilər
18.04.2019
Mourinyo: Messini qəfəsə salmaq lazımdır
18.04.2019
İtaliya futbolçusu “Qızıl buts”a namizədlərin sırasında

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info