“Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi böyük haqsızlıq və siyasi ədəbsizlikdir”
Tarix: 19.08.2014 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


“İstər regional, istərsə də beynəlxalq səviyyədə olan fəaliyyətimdə hər məqamda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini, Azərbaycana vurulan maddi və mənəvi zərərin Ermənistan tərəfindən mütləq ödənilməsini dəfələrlə bəyan və tələb etmişəm”.
Bunu APA-ya açıqlamasında Latviyanın yeni təyin olunmuş regional inkişaf və ətraf mühit naziri, milliyyətcə azərbaycanlı Roman Naudinş bildirib. O, təəssüflə qeyd edib ki, keçirdiyi görüşlərdə Avropada əksər insanların Qarabağ problemi ilə bağlı ətraflı məlumata malik olmamasının şahidi olub: “Çoxları elə bilir ki, münaqişənin adından göründüyü kimi, yalnız Dağlıq Qarabağ işğal olunub. Ətraf 7 rayonun işğalı haqqında isə ümumiyyətlə, xəbərsizdirlər. Mən keçirdiyim istənilən görüşün formatından asılı olmayaraq, qeyri-rəsmi hissədə vaxt ayırıb avropalılara Qarabağ problemi ilə bağlı izahat verirəm. Hərçənd hərdən mənə irad tutulur ki, bu cür söhbətlər rəsmi və vəzifə mənsubiyyətimə uyğun deyil. Amma mən buna yox, reallığın Avropadakı bəzi insanlara çatdırılmasına çalışıram. Axı necə ola bilər ki, XXI əsrdə Avropanın düz qonşuluğunda heç bir əsas olmadan qonşu ölkənin torpaqlarını tutasan və əhalisini də qırasan? Bu böyük haqsızlıq və siyasi ədəbsizlikdir. Mən hər bir imkandan istifadə edib Avropada bu problemlə bağlı həqiqətlərin aydınlaşmasına çalışıram. Çünki mən Latviyanın naziri olsam da, həqiqəti deməliyəm ki, kökümün mənsub olduğu Azərbaycan torpaqları Ermənistan tərəfindən işğala məruz qalıb”.
Nazir bildirib: “Bu postda məndən əvvəlki nazir Latviya üçün ciddi olan bu sahədə bütün postsovet ölkələri ilə yanaşı, Azərbaycanla da əlaqələri sıfır vəziyyətinə endirmişdi”.
O qeyd edib ki, artıq məhz bu cür nöqsanlara görə ondan əvvəlki nazir istefaya gedib: “İndi mənim hökumətdə məqsədim ilk olaraq Azərbaycanla bu sahədə ən geniş formada əlaqələri bərpa etməkdir. Çünki mənim üçün prioritet Vətənim Azərbaycanla Latviyanın hər bir sahədə, o cümlədən Latviya iqtisadiyyatı üçün əhəmiyyət kəsb edən rəhbərlik etdiyim sahədə də əlaqələrinin yüksək səviyyədə olmasıdır”. Nazir vurğulayıb ki, artıq bu istiqamətdə işə başlayıb və hətta Azərbaycan dövlətinə Latviya adından onun təşəbbüsü ilə məktub da göndərilib.
R.Naudinşin babası İdris İbrahimov Azərbaycanın Siyəzən rayonundandır.
Qeyd edək ki, “APA Holding”in Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Sərhəddən kənar azərbaycanlılar...” adlı layihə çərçivəsində Baltikyanı ölkələrdə fəaliyyət göstərən azərbaycanlılarla görüşlər keçirilir.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Kriminal rejim vətəndaş cəmiyyəti adı altında təbliğ edilə bilməz
24.05.2020
Artıq Azərbaycan yeni texnologiyaların mərkəzinə çevrilib
24.05.2020
“Signify” kimi nüfuzlu şirkətin Azərbaycanla əməkdaşlığa can atması ölkəmizdə aparılan islahatların nəticəsidir
24.05.2020
Karantin qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilməlidir
23.05.2020
“İşində dönüş yaratmayan əməkdaşların penitensiar sistemdə yeri yoxdur“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
4 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
5 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info