QHT-dən etiraz bəyanatı
Tarix: 23.08.2014 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Beynəlxalq Münasibətlərinin Araşdırılması Mərkəzi 6 Avqust tarixində Şərq Tərəfdaşlığı Cəmiyyəti Forumunun bir sıra QHT rəhbərlərinin həbsi ilə bağlı yaydığı məlumatla əlaqədar bəyanat qəbul edib.
6 Avqust tarixində Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu tərəfindən Azərbaycanda bir sıra QHT rəhbərlərinin həbsi ilə bağlı bəyanat yaymışdır. Həmin bəyanata Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi öz etirazını bildirərək bəyan edir ki, hüquq müdafiəçisi adı ilə özünü və təmsil etdiyi qurumu kamufiyaj edən Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmələrinə, Ermənistana səfərlər təşkil etmələrinə və qrant vəsaitləri alaraq müxtəlif birgə layihələr keçirdiklərinə görə həbs olunmuşdur. Digər adları çəkilən Anar Məmmədli, Həsən Hüseyinli və Rauf Mirqədirov isə xarici ölkələrlə və onların xüsusi xidmət orqanları ilə gizli layihələr həyata keçirərək,vergidən yayındıqlarına,dövlətə xəyanət,dələduzluq, qanunsuz sahibkarlıq maddələrilə təqsirləndirilmişdir. Onlar Azərbaycanın təhlükəsizliyi əleyhinə 2002-ci ildən etibarən təsis etdikləri QHT lər vasitəsilə bir neçə erməni ilə birlikdə Ermənistanın bir sıra QHT ləri arasında " Xalq Diplomatiyası adlı birgə layihəər həyata keçirmişdir. Bu layihə adları altında Leyla Yunus Beynəlxalq donor təşkilatlardan aldığı qrant vəsaitləri Azərbaycanda fəaliyyət görsədən kommersiya banklarına köçürülmüşdür. Təhlükəsizlik orqanların qeyd etdiyi kimi bu pulları isə xarici kəşviyyata işləyən şəxslərin cəsus kimi ələ alınması üçün istifadə etmişlər.
BMAM dəfələrlə bəyan etmişdir ki, Azərbaycanda fəaliyyətləri ilə cinayətlərə yol vermiş insanlar və QHT lər mövcuddur.Azərbaycan konstitusiyasını, qanunlarını pozan, ölkəmizin milli maraqlarına zidd hərəkən edən hər bir kəs qanun qarşısında cəzasını almalıdır.Təəssüflər olsun ki, sapı özümüzdən olan bu baltalar xaricdəki dəstəkçilərin köməyi ilə indiyədək ölkənin ictimai siyası həyatında aktiv pozisiyaya sahib olub, insan hüquqları, hüquq müdafiəçisi, demokratiya və bu kimi ideyaların kölkəsində gizlənərək vətənə və xalqa xəyanət etmişlər. Hər bir ölkədə vətəninə xəyanət edən və xalqın təhlükəsizliyinə zərər gətirən hər bir şəxs kimliyindən asılı olmayaraq vətən xaini sayılır.Təhlükəsizlik və hüquq mühafizə orqanlarının Leyla Yunus,Arif Yunus,Rauf Mirqədirov,Anar Məmmədli,Həsən Hüseyli ilə bağlı iddihamları kifayət qədər ciddidir və hər bir kəs törətdiyi əmələ görə qanun qarşısında cavab verməlidir.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi olaraq milli və siyasi təhlükəsizliyimizə qarşı yönələn bu cür halların aradan qaldırılması üçün Hüquq Mühafizə orqanlarının tədbirlər görməsinin vacibliyini bəyan edirik.
Fuad




 
Bölməyə aid digər xəbərlər
25.05.2020
Kriminal rejim vətəndaş cəmiyyəti adı altında təbliğ edilə bilməz
24.05.2020
Artıq Azərbaycan yeni texnologiyaların mərkəzinə çevrilib
24.05.2020
“Signify” kimi nüfuzlu şirkətin Azərbaycanla əməkdaşlığa can atması ölkəmizdə aparılan islahatların nəticəsidir
24.05.2020
Karantin qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilməlidir
23.05.2020
“İşində dönüş yaratmayan əməkdaşların penitensiar sistemdə yeri yoxdur“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11530

1 “Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
2 Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
3 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb
4 Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər
5 Elmar Məmmədyarovla Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi aparıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info