DANİB region gənclərini Bakıya toplayacaq
Tarix: 26.08.2014 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


“Sivilizasiyalararası dialoq, multikulturalizm dünyada sabitliyin qorunması, cəmiyyətlərin inkişafı və münaqişələrin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycan dünyada bu baxımdan güclü ənənələrə, potensiala və inkişaf xəttinə malik bir ölkə kimi dəyərləndirilməkdə və tanınmaqdadır. “Nifrət Nitqinə Yox Hərəkatı Gənclərin Gözü ilə” layihəsi bir daha ölkəmizin bu sahədə həyata keçirdiyi ardıcıl siyasətin təbliği məqsədi daşıyır”. Bunu fikirləri Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud bildirib.
Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə DANİB-in həyata keçirdiyi “Nifrət Nitqinə Yox Hərəkatı Gənclərin Gözü ilə” layihəsi sülh şəraitində birgə yaşamaq, qarşılıqlı inam və mədəni əlaqələr üçün dialoqun qurulması, sülh quruculuğu, dözümlülük, sərhədlərarası əməkdaşlıq, fəal vətəndaşlıq və şəxsi-professional inkişaf, milli dəyərlərə söykənərək qeyri-formal təhsil vasitəsilə gənclərin fəal iştirakının artırılmasını hədəfləyir.
Qeyd edək ki, 27 -31 avqustda AF Hoteldə keçiriləcək təlimdə ölkənin Şəmkir, Gəncə, Kəlbəcər, Bərdə, Qəbələ, Tovuz, Lənkəran və digər şəhər, rayonları təmsil edən 25 gənc iştirak edəcək. 5 gün müddətində davam edəcək təlimdə iştirakçılara layihə çərçivəsində hazırlanmış kitabça və poster və digər təbliğat materialları təqdim olunacaq.
Təlim kursları hazırlanmış proqrama uyğun olaraq bu sahədə beynəlxalq təcrubəsi olan yerli ekspert tərəfindən aparılacaq.

Fuad





 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info