R.İsmayılov: “Qarşılıqlı investisiya yatırımları üzrə fəallığın artırılması vacibdir”
Tarix: 26.08.2014 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid Rüstəm oğlu İsmayılovla görüşüb. Keçmiş SSRİ dövründən sonra Rusiya Federasiyasında yüksək posta azərbaycanlı əsilli kadrın təyinatının qürurverici olduğunu vurğulayan nazir Əli Abbasov ölkələr arasında yüksək səviyyədə qurulan ikitərəfli əlaqələrin ilbəil möhkəmləndiyini diqqətə çatdırıb. Bu münasibətlərin səmimi dostluq, mehriban qonşuluq prinsipləri üzərində möhkəm bazaya əsaslandığını bildirən nazir əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində genişləndirilməsi, eyni zamanda sərmayə qoyuluşu üçün böyük potensialın olduğunu qeyd edib. İki ölkə arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edən Rəşid İsmayılov Azərbaycan və Rusiya dövlət başçılarının yaxın münasibətləri fonunda formalaşmış bu əlaqələrin nazir müavini kimi fəaliyyəti dövründə daha da möhkəmləndirilməsi üçün səylə çalışacağını bildirib. Bakıda keçirilən Regional Rabitə Birliyinin Beynəlxalq əməkdaşlığın koordinasiyası üzrə Komissiyasının 29-cu iclasına sədrlik edən R.İsmayılov münasibətlərin gələcək inkişaf yollarına da nəzər salaraq, qarşılıqlı investisiya yatırımları üzrə fəallığın artırılmasının vacibliyini vurğulayıb. Daha sonra görüşdə rabitə və İKT sahəsi üzrə qarşılıqlı maraq doğuran digər məsələlərə toxunulub, Azərbaycanla Rusiya arasında əməkdaşlığın yeni mərhələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info