BMAM sədri İraq səfiri ilə görüşüb
Tarix: 26.08.2014 | Saat: 21:57:00 | E-mail | Çapa göndər


Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzində İraqın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Heydər Ş. Əlbarrak ilə görüş keçirilib.
Görüşdə BMAM sədri Rufiz Qonaqov İraqın Azərbaycana dost və qardaş ölkə olduğunu vurğulayaraq Azərbaycanda vətəndaş cəmiyyətinin gündən-günə inkişaf etdiyindən, dövlətin vətəndaş cəmiyyətinə və beynəlxalq QHT-lərə verdiyi dəstəkdən danışıb. R. Qonaqov bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə yaranmış Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Prezident Yanında Gənclər Fondu tərəfindən hər il yüzlərlə QHT maliyyə dəstəyi alır. Məhz dövlətinin bu dəstəyi sayəsində QHT-lər öz mövcudluqlarını qorumaqla fəaliyyətlərini daha da genişləndirirlər. Eyni zamanda Rufiz Qonaqov son zamanlar İraqda yaranan gərginlikdən narahatlığını ifadə edib.
İraq səfiri Heydər Ş. Əlbarrak görüş üçün BMAM sədri Rufiz Qonaqova təşəkkür edərək belə əməkdaşlığın ölkələrə fayda verə biləcəyini, İraqda son zamanlar yaranmış gərginliyin tezliklə aradan qaldırılacağını, Azərbaycan xalqının İraqda yaranmış son vəziyyətə həssas yanaşdığını bildirib. Eyni zamanda diplomat İraq xalqının Azərbaycan xalqından da bu münaqişənin həllində dəstək gözlədiyini bildirərək qeyd edib ki, İraq və Azərbaycan xalqları arasında həmişə mehriban və dost münasibətlər olmuş, hazırda da hökumətlərarası əlaqələr yüksələn templə davam etməkdədir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


25.08 15:25
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info