ƏƏSMN-də Türkiyənin analoji dövlət qurumunun əməkdaşları ilə görüş olub
Tarix: 27.08.2014 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


Türkiyə və Azərbaycanın dövlət orqanları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə ölkəmizdə səfərdə olan Türkiyənin dövlət qulluqçularından ibarət nümayəndə heyətinin üzvləri - Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin əməkdaşları Fatih Uysal və İmran Sarmış avqustun 27-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) olublar. F.Uysal və İ.Sarmış təqdimatlarla çıxış edərək çalışdıqları nazirliyin strukturu və əsas fəaliyyət istiqamətləri, sosial cəhətdən həssas əhali təbəqələri ilə bağlı həyata keçirdiyi proqram və layihələr, aktiv məşğulluq tədbirləri və s. barədə ətraflı məlumatlar veriblər. Onlar təqdimatlar zamanı Türkiyə və Azərbaycan arasında əmək və sosial müdafiə sahəsində imzalanmış əməkdaşlıq sazişlərinin icrasının, o cümlədən fəal təcrübə mübadilələrinin aparılmasının diqqətdə saxlandığını vurğulayıb, həmkarlarının ayrı-ayrı suallarını cavablandırıblar.
Türkiyəli mütəxəssislər ƏƏSMN-nin struktur bölmələrində olaraq, onların iş prosesi ilə yaxından tanış olublar. ƏƏSMN-nin strukturu, nazirliyin fəaliyyət sahələri, sosial təminat sisteminin təkmilləşdirilməsi, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, işçi qüvvəsinin keyfiyyətinin artırılması və s. istiqamətlərdə aparılan işlər barədə onlara dolğun məlumatlar verilib. Qonaqlar həmçinin nazirlik tərəfindən icra olunan yeni sosial layihələr, həyata keçirilən islahat tədbirləri, o cümlədən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin formalaşdırılması və s. barədə geniş təsəvvürlərə malik olublar.
Qeyd edək ki, görüş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı”na əsasən keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
İctimaiyyətlə əlaqələr şöbəsi









 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info