Əli Abbasov vətəndaşların təklifləri ilə bağlı müvafiq göstərişlər verib
Tarix: 27.08.2014 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, dövlət qurumlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. Qəbullar zamanı vətəndaşların müraciətləri dinlənilir, qaldırılan məsələlərin və təkliflərin operativ həlli üçün müvafiq tədbirlər görülür. Avqustun 27-də rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Qubada bu rayondan, eləcə də Qusar və Xaçmazdan olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl nazir Əli Abbasov Quba rayonunun Dağlı kəndində yerləşən, yenilənmiş radioteleviziya yayım stansiyasına baxıb. Qəbula gələn vətəndaşların müraciət və təklifləri əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, rabitə, televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, işlə təminat və digər məsələlərlə bağlı olub.
Nazirliyin idarə rəislərinin, struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda nazir Əli Abbasov vətəndaşların təklifləri və qaldırdıqları məsələlərlə bağlı müvafiq göstərişlər verib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
Qəbuldan sonra nazir Əli Abbasov ətraf rayonların telekommunikasiya qovşaqlarının rəhbər şəxsləri ilə videokonfrans keçirib. Nazir yerlərdə qarşıya çıxan çətinliklər, eyni zamanda, yeni təkliflər barədə fikirləri dinləyib müvafiq göstərişlər verib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info