“ASAN Könüllüləri” Gənclər Təşkilatının 1-ci yay məktəbinin açılışı olub
Tarix: 27.08.2014 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


“ASAN Könüllüləri” Gənclər Təşkilatının 60 üzvünün iştirakı ilə 1-ci yay məktəbinin açılışı olub.
Təşkilatdan bildirilib ki, tədbirdə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin nümayəndəsi Nəzakət İsayeva, “YARAT” Müasir İncəsənət Məkanının eksperti, rəssam Çingiz Babayev, “ASAN Könüllüləri” Gənclər Təşkilatının sədri Fərid Sadıxlı çıxış edərək yay məktəbinin işinə uğurlar arzulayıblar.
Nəzakət İsayeva “ASAN xidmət” mərkəzləri ilə birgə həyata keçirilən sosial aksiyalar barədə məlumat verib. Bildirib ki, “ASAN xidmət” mərkəzləri ilə əməkdaşlıq çərçivəsində “Hər kağızı bir yarpağa dəyişək”, “Təbiəti qorumağın 10 ASAN yolu” və digər sosial məsuliyyət yönümlü layihələr həyata keçirilib.
Ekspert-rəssam Çingiz Babayev “ASAN xidmət” mərkəzlərində “YARAT” Müasir İncəsənət Məkanının rəssamları tərəfindən hazırlanmış xüsusi kompozisiyaların nümayiş etdirildiyini diqqətə çatdırıb. O, həmçinin “ASAN xidmət” mərkəzləri ilə birlikdə həyata keçirilmiş “Sağlam ol və YARAT” qaçış turniri haqqında danışıb.
Sonra yay məktəbinin iştirakçıları qruplara bölünərək komanda oyunlarına qatılıblar.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İdeya Bankı üzrə müvəkkili Fariz Cəfərov tərəfindən layihələrin yazılışı, ideyaların layihəyə çevrilməsi və icrası prosesinə qoşulma imkanları barədə təqdimatın edilməsi nəzərdə tutulur.
İştirakçılar, həmçinin Mingəçevir su anbarı və elektrik stansiyası ilə tanış olmaq, Kür Avarçəkmə Kompleksində idmanın avarçəkmə növü üzrə öz bacarıqlarını sınamaq imkanı əldə edəcəklər.
Yay Məktəbinin 3–cü günü Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov Komissiya tərəfindən həyata keçirilən işlər barədə məlumat verəcək və gənclərin korrupsiyaya qarşı mübarizədə rolu müzakirə olunacaq.
Yay Məktəbinin keçirilməsində məqsəd iştirakçıların könüllülük fəaliyyəti müddətində hazırladıqları layihələrin müzakirəsi, dəstəklənməsi və gələcəkdə gənclərin bacarıqlarının artırılmasıdır.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub
18.10.2019
Sosial müavinətlər və təqaüdlərin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsait 2 dəfə artırılır
18.10.2019
Prezident daha bir Xalq artistinə ev verdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info