İşəgötürənlər üçün “Açıq qapı” günü-vətəndaş forumu keçirilib
Tarix: 27.08.2014 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən (EİS) istifadə qaydalarına dair növbəti “Açıq qapı” günü-vətəndaş forumunu avqustun 27-də Bakının Xəzər və Sabunçu rayonlarının işəgötürənləri üçün keçirib.
Tədbirdə əmək müqaviləsi bildirişi üzrə EİS-in tətbiqinin önəmini diqqətə çatdıran ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri işəgötürənlərin bildirişləri asan və vaxt itirmədən daxil edə bilmələri və qeydiyyatdan keçirmələri üçün sistemin mükəmməl proqram təminatının yaradıldığını qeyd ediblər. Bildirilib ki, EİS digər mərkəzi icra hakimiyyətlərinin elektron informasiya ehtiyatlarına inteqrasiya olunub. Həm işəgötürən, həm də işçi barədə məlumatlar avtomatik olaraq sistemdə öz əksini tapır. Bunlar işəgötürənin işinin asanlaşdırılması üçündür. Yəni o, qısa vaxt ərzində özünə və işçilərinə dair məlumatları əldə etmək imkanına malik olur. Bu mexanizm əmək bazarında mövcud münasibətlər sisteminin elektron qaydada hüquqi müstəvidə əhatə olunmasına imkan yaratmaqla, həm işçilərin, həm də biznes strukturlarının əmək bazarında mənafelərini ifadə edir. Tədbirdə bildirişlərin “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən gücləndirilmiş elektron imza ilə daxil edilməsi və qeydiyyatı proseduru əyani şəkildə nümayiş etdirilib. İşəgötürənlərin sualları cavablandırılıb, əmək qanunvericiliyindəki dəyişikliklər onlara ətraflı izah olunub, habelə əmək müqaviləsi bildirişlərini EİS-də qeydiyyatdan keçirməyən işəgötürənlərlə bağlı qanunvericilikdə hansı cəza tədbirlərinin nəzərdə tutulduğu onların diqqətinə çatdırılıb.

İlkin












 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info